Page 211 - heynrix
P. 211
İ ROMAN

Yohann, Ceyms Ellis, Mariya, bir də qocalmış qaradərili boksçu BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Qreqori. Bu boksçu, az qala, bir dəfə dünya çempionu olacaq‐
dı. Ancaq indi varyete səhnələrində pəhləvanlıq eləməklə 211
dolanır. Hərdən müxtəlif turnelərdə rastlaşırıq. Çox dindar,
necə deyərlər, əsl kilsə adamı idi.

Əksəriyyət onu ağıldankəm hesab edirdi, çünki həmişə
susar, dilinə xiyardan, çörəkdən başqa heç nə vurmazdı. Ancaq
elə qüvvətli idi ki, məni də, Mariyanı da qolları üstünə alıb
bütün otaqları gəzdirərdi. Bəlkə, başqa bir neçə nəfəri də ka‐
tolik hesab etmək olardı, məsələn, Karl Emonds, Haynrix Belen
və bir də Tsüpfner. Mariyanın əsl katolik olduğuna şübhə
eləməyə başlamışdım. Keçirdiyi “metafizik qorxular”ı anlaya
bilmirdim. Çıxıb getməsi, bir vaxtlar mənimlə gördüyü işi indi
Tsüpfnerlə görməsi özünün gətirdiyi kitablarda birbaşa
“xəyanət”, “əxlaqsızlıq” kimi qiymətləndirilirdi. Onun “meta‐
fizik qorxular”ı yalnız və yalnız mənim rəsmi nikahlanmağı,
uşaqlarımızı katolik ruhunda böyütməyi rədd etməyimlə bağlı
idi. Əslində, hələ uşağımız yox idi, ancaq həmişə onları necə
geyindirəcəyimiz, necə danışdıracağımız, necə tərbiyə edə‐
cəyimiz barədə danışırdıq. “Katolik tərbiyəsi”ndən başqa
bütün bəndlərdə həmfikir idik. Hətta onların xaç suyuna
çəkilməsinə də razılaşdım. Dedi ki, bunu yazılı surətdə
verməliyəm, yoxsa kilsə kəbinimizi kəsməz. Kilsədə kəbin
kəsdirməyə razılıq verəndən sonra məlum oldu ki, həm də
rəsmi nikahlanmalıyıq. Onda səbrim tükəndi, dedim, bir az
gözləyək, onsuz da, bir‐iki il heç nəyi həll eləmir. Ağladı ki,
onun üçün belə yaşamağın nə demək olduğunu başa düşmü‐
rəm, hətta uşaqlarımızı xristian kimi tərbiyə edəcəyimizə də
ümidi yoxdur. Bədbəxtliyə bax: yalnız indi üzə çıxdı ki, bu
məsələdə biz bir‐birimizi düz beş il aldatmışıq. Əslində, kilsəyə
getməzdən əvvəl rəsmi nikahlanmanın vacib olduğunu
bilmirdim. Ancaq həddi‐büluğa çatmış bir vətəndaş – “səla‐
hiyyətli tərəf” kimi gərək bunu biləydim. Mənimsə bundan,
sadəcə olaraq, xəbərim yox idi. Axı bu yaxınlara kimi ağ çaxırın
soyuq, qırmızı çaxırınsa isidilib içildiyini bilmirdim! Əlbəttə,
   206   207   208   209   210   211   212   213   214   215   216