Page 214 - heynrix
P. 214
HAYNRİX BÖLL

– Başa düşə bilmirəm... – yorğun‐yorğun dilləndim, –
əvvəlcə o zəhrimar iltizama görə mübahisə edirik, sonra da
rəsmi nikahın üstündə... Hər ikisi ilə razılaşıram, ancaq sən
daha betər hirslənirsən...

– Elədir, – dedi, – çox tez razılaşdın. Hiss edirəm ki, müba‐
hisəyə girişməkdən qorxursan. Axı nə istəyirsən?

– Səni! – Heç bilmirəm, qadına bundan da xoş söz demək
olarmı?! – Gəl yanımda uzan... Külqabını da gətir... Onda
söhbətimiz alınar. – “İş” sözünü dilimə gətirə bilmədim. O,
başını bulayıb külqabını yanıma qoydu, gedib pəncərədən çölə
baxdı. Qorxdum. – Bu söhbətdə bəzi şeylər xoşuma gəlmədi,
– dedim, – heç biri sənin sözün deyil.

– Bəs kimindir? – lap alçaqdan soruşdu; qəflətən
yumşalmağı məni çaşdırdı.

– Bu söhbətdən Bonnun, oradakı dərnəyin, Zom‐
mervildin, Tsüpfnerin... o birilərin qoxusu gəlir, – dedim.

– Bəlkə də... – geri çevrilmədən təsdiqlədi. – Gözünlə
214 gördüyün indi qulağında səslənir.

– Nə demək istədiyini başa düşmürəm, – yorğun‐yorğun
dilləndim.

– Pah, guya burada katoliklərin qurultayının keçirildiyini
bilmirsən...

– Plakatları görmüşəm.
– Bəs Heribertlə prelat Zommervildin burada olduqları
ağlına gəlmədi?
Tsüpfnerin adının Heribert olduğunu bilmirdim. Ancaq
hiss elədim ki, məhz onu deyir. Yenə də onların qol‐qola
gəzdikləri günü xatırladım. Əlbəttə, Hannoferdə həddən çox
katolik keşişlərin, rahiblərin olması nəzərimi çoxdan cəlb
etmişdi, ancaq ağlıma gəlməmişdi ki, Mariya burada kiməsə
rast gələ bilər. Axı boş vaxtımız olanda Bonna getmişdik,
Mariya da “dərnək üzvləri” ilə söhbətdən doyunca ləzzət
almışdı.
– Bu mehmanxanada qalırlar? – yorğun halda soruşdum.
– Hə.
– Bəs niyə məni onlarla görüşdürmədin?
   209   210   211   212   213   214   215   216   217   218   219