Page 209 - heynrix
P. 209
İ ROMAN
– Yazmışam... Təcilidir... Ruhla bağlıdır. Qulaq asın, cavan BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
oğlan, yaşca böyük olan adam kimi sizə bir məsləhət verə
bilərəm? 209
– Oho, buyurun, – dedim.
– Avqustindən əl çəkin. Özünün subyektiv fikirlərini
məharətlə cilalamaq hələ ilahiyyat demək deyil, bu fikirlər
cavanları yanlış yola çəkir. Gözünə azacıq dialektika qanunları
qatılmış uydurmadır, vəssalam. Bu məsləhətimdən incimə‐
diniz ki?
– Xeyr, – dedim, – elə bu dəqiqə gedib onun yazdıqlarını
oda ataram.
– Düz də eləyərsiniz! – sevindi. – Oda atın! Allah özü kö‐
məyiniz olsun!
Əvvəlcə ona “sağ ol” demək istədim, ancaq fikirləşdim
ki, pis çıxar. Sakitcə dəstəyi asıb, tərimi sildim. İyə qarşı çox
həssas olduğumdan ardı‐arası kəsilməyən kələm qoxusu vege‐
tativ əsəb sistemimi əməlli‐başlı gərginləşdirmişdi. Kilsə
məktəblərində istifadə olunan metodlar barədə düşünməyə
başladım. Əlbəttə, yaşlı kişiyə nəsə bir iş verib, onun hələ
nəyəsə yaradığını özünə hiss etdirmək nəciblik idi. Amma
güclə eşidən, kaftarlaşan bir qocanı telefonun yanında
oturtmaları ilə heç cür razılaşa bilmirdim. Kələm qoxusu mənə
internatdan tanış idi. Tərbiyəçilərimizdən biri bizə başa
salmışdı ki, kələm ehtirası boğur. Mənim və ya bir başqasının
ehtirasının boğulması fikrindən iyrənirdim. Çox güman ki,
oradakılar gecə də, gündüz də elə hey “bioloji tələbat”
barəsində düşünürlər, haradasa bir rahibə mətbəxdə oturub
bişiriləcək xörəklərin siyahısını hazırlayır, onu direktora
göstərir. Sonra üzbəüz otururlar, bu haqda danışmasalar da,
hər xörəyin adı çəkiləndə fikirləşirlər: bu, ehtirası boğur... bu,
ehtirası coşdurur... Mənə elə gəlir ki, bu səhnə də bizim inter‐
natda saatlarla oynadığımız futbol oyunu kimi ədəbsizlikdir.
Hamımız bilirdik: o lənətə gəlmiş futbol oyunu bizi əməlli‐başlı
yormalı idi ki, qızlar haqqında düşünə bilməyək. Ona görə fut‐
boldan zəhləm gedirdi. İndi də təsəvvürümə gətirəndə ki,