Page 207 - heynrix
P. 207
İ ROMAN
axırda çox nəcib, ağsaç bir prelat olacaq. Bu cür məktub yaz‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
maq tərzi atamı da, Leonu da miskinləşdirir. Nə haqda yazsalar
da, quru çıxırdı, sanki söhbət adicə kömürdən gedir. 207
“Müəssisə”də kimsə özünə əziyyət verib dəstəyi götü‐
rənə qədər xeyli vaxt keçdi. İndiki ovqatıma uyğun olaraq, bu
“kilsə arxayınçılığı” barədə bir‐iki yağlı söz demək istədim,
“tfu” sözü ağzımdan yenicə çıxmışdı ki, dəstəyi qaldırdılar,
həddən ziyadə xırıltılı bir səslə cavab verdilər:
– Bəli?!
Pərt oldum. Elə bilirdim, qəhvə, piroq qoxulu incə bir
sahibə səsi eşidəcəyəm, əvəzində donuz əti və kələm qoxuyan
xırıltılı kişi səsi cavab verdi. Qoxu elə kəskin idi ki, öskürməyə
başladım.
– Bağışlayın, – handan‐hana dilləndim, – zəhmət olmasa,
ilahiyyat fakültəsində oxuyan Leo Şniri çağırın.
– Kiminlə danışıram?
– Şnirlə, – dedim. Çox güman ki, ona çatmadı. Xeyli
susdu. Öskürək təzədən başladı, özümü birtəhər topladım:
– Hərfləyirəm: Şəhər, Nil, İda, Rixard...
– Bu nə deməkdir? – səsindən hiss elədim ki, o da mənim
kimi ümidsizliyə qapılmış adamdır. Bəlkə də, telefonun
yanında qəlyan çəkən nəcib, yaşlı bir müəllimi oturtmuşdular.
Tez‐tələsik yaddaşımdakı latın sözlərini bir yerə toplayıb fağır‐
fağır dedim:
– Sum frater Leonis!1
Məncə, yersiz hərəkət elədim. Bəlkə, oradakı tələbələrlə
danışmaq istəyən çox idi. Bəlkə, çox adam latınca heç
bilmirdi...
Kişi çox qəribə tərzdə pıçıldayıb dedi:
– Frater tuns estin refectorio2, nahara gedib. Yemək vaxtı
çağırmaq olmaz.
– Amma təcilidir.
– Ölən var?
1 Sum frater Leonis – Mən Leonun qardaşıyam. (lat.)
2 Frater tuns estin refectorio – Sənin qardaşın yeməkxanadadır. (lat.)