Page 204 - heynrix
P. 204
HAYNRİX BÖLL
buladı, pul kisəsini çıxarıb bir dənə beşmarklıq götürdü, mənə
uzadanda ikimiz də qızardıq.
– Bağışla... – yavaşdan dilləndi. – Bağışla... İlahi... Bağış‐
la...
Elə bildi, incimişəm. Onu yaxşı başa düşürdüm.
– Bir qutu da siqaret verin, – dedim.
O dəqiqə rəfdən iki qutu götürüb mənə uzatdı. Ağladı.
Piştaxtanın üstündən əyilib üzündən öpdüm. O, üzündən
öpdüyüm yeganə kişi xeylağıdır...
VIII
Təsəvvür edəndə ki, indi Mariya paltarını geyinəndə, diş
məcununun ağzını bağlayanda ona Tsüpfner tamaşa edir,
ağlım başımdan çıxırdı. Ayağım getdikcə daha çox ağrıyır,
gələcəkdə 30–40 markla baş girələmək ümidim də üzülürdü.
Məni bir də o yandırırdı ki, Mariyanın diş məcununun ağzını
necə bağladığına baxmaq Tsüpfnerə ləzzət vermir. Katoliklərə
204 az bələd olsam da, bilirdim ki, xırda təfərrüatlara varmağı
xoşlamırlar. Tsüpfnerin telefon nömrəsini tapıb yazmışdım,
ancaq zəng etməyə hələ hazır deyildim. Əqidənin insanı hansı
addımlar atmağa məcbur etdiyini heç vaxt bilmək olmur.
Bəlkə, Mariya, doğrudan da, Tsüpfnerlə evlənmişdi və onun
“Tsüpfnerin evi eşidir” deməsinə dözə bilməzdim. Leoya zəng
vurmaq üçün telefon kitabçasında dini seminariyaların
nömrələrini axtarsam da, heç nə tapmadım. Halbuki Bonnda
iki belə seminariyanın olduğunu dəqiq bilirdim. Biri Leoninum,
digəri isə Albertinum... Axırda özümü toplayıb dəstəyi
qaldırdım, məlumat bürosunu yığdım. Qəribə də olsa, cavab
verdilər. Hətta oradakı qız Reyn ləhcəsində danışdı. Bəzən bu
ləhcədən ötrü elə qəribsəyirəm ki, düşdüyüm mehmanxa‐
nalardan Bonnun telefon şəbəkələrinin birinə zəng vurur, “r”
səsi işlədilməyən, hərbi ovqatdan çox‐çox uzaq olan həmin
ləhcəyə qulaq asıram. Əslində, hərbi intizam çalarını da
yaradan elə “r” səsidir.
“Zəhmət olmasa, gözləyin” kəlmələrini beş dəfə eşidən‐
dən sonra bir qız cavab verdi. “Katolik keşişləri hazırlayan”