Page 199 - heynrix
P. 199
İ ROMAN
sipləri” əlavə edirdilər. Ya da Noretti ona həzmə kömək edən BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
dərmanlar haqqında reklam prospektlərini oxuyurdu. Anamın
belə prospektlərlə dolu bir iş qovluğu vardı. Hamısının da üstü 199
yazılı: “Həzm”, “Ürək”, “Əsəb”... Ona həkim lazım olanda “Tibb
aləmindən yeniliklər”dən məlumat toplayır, beləliklə də,
məsləhət üçün verəcəyi pula qənaət edirdi. Həkimlərdən
hansısa ona sınaq üçün dərman göndərəndə sevincinin hədd‐
hüdudu olmurdu.
Annanın kürəklərinə baxırdım. Geri dönməkdən, mə‐
nimlə göz‐gözə gəlməkdən, danışmaqdan çəkinirdi. Məni
“tərbiyə etmək” xasiyyətindən əl çəkə bilməsə də, dost idik.
On beş ildi bizdəydi. Anam onu yevangelist keşişi olan
əmioğlumgildən gətirmişdi. Özü Potsdamdan idi və bizim də
yevangelist ola‐ola Reyn ləhcəsində danışmağımız ona çox
qeyri‐adi görünürdü, buna heç cür inanmaq istəmirdi. Mənə
elə gəlir ki, Bavariya ləhcəsində danışan protestant ona lap
doğma görünərdi. Ancaq indi Reyn vilayətinə bir az öyrəş‐
mişdi. Ucaboy, nazikbədən qızdı və özü “xanım yerişi” ilə fəxr
edirdi. Atası haradasa xəzinədar idi. Bircə onu bilirəm ki, ora
“Doqquzuncu piyada alayı” adlanır. Çox çalışırdıq başa salaq
ki, bizim evimiz “Doqquzuncu piyada alayı” deyil, ancaq xeyri
olmurdu. Söhbət gənclərin tərbiyəsindən düşəndə dediyindən
dönmürdü: “Doqquzuncu piyada alayında belə şey mümkün
deyildi”. Beləliklə də, mən “Doqquzuncu piyada alayı”nın nə
olduğunu bilmədim. Bircə onu öyrəndim ki, bu gizli tərbiyə
müəssisəsində mənə heç ayaqyolunu yumağı da etibar
etməzdilər. Hər şeydən əvvəl, mənim səhər‐səhər necə
yuyunduğumu görəndə o dəqiqə “Doqquzuncu piyada
alayı”nın qayda‐qanunları haqqındakı moizəsinə başlayırdı.
“Yorğan‐döşəkdən qopa bilməmək kimi dəhşətli adətim” onu
lap yandırır, deyirdi ki, cüzam xəstəliyinə tutulmusan. Handan‐
hana geri dönüb əlində qəhvədan masaya yaxınlaşanda
gözlərini yerə dikmişdi, hörmət‐izzətdən düşmüş yepiskopa
qulluq edən rahibəyə oxşayırdı. Mariya ilə oxuyan qızlar kimi,
ona da yazığım gəldi. Əlbəttə, öz rahibə instinkti ilə haradan