Page 201 - heynrix
P. 201
İ ROMAN

çantalarına yaxma qoyub deyərdilər: “Uğur olsun!” Qızlara BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
məmnuniyyətlə əl edərdim, ancaq fikrimdən daşındım. Pis
qəbul eləyərdilər. Belə səfeh maşında gedən adam heç qıza 201
da əl eləyə bilməzdi. Yadımdadır, bir dəfə bağda oynayan
uşağa şokolad verdim, çirkli alnına dağılmış saçlarını
sığalladım. Ağlayırdı, gözlərini ovxaladıqca yaş üzünə, alnına
yayılırdı. İstəyirdim, onu kiridəm. Həmin anda iki qadın gəlib
dəhşətli oyun çıxardı. Az qaldı, polis çağıralar. Onlarla
deyişəndən sonra, doğrudan da, özümə iblis kimi göründüm,
çünki biri elə hey deyirdi:

– Ay eybəcər! Ay eybəcər!
Dəhşətli səhnə idi. Qadınların çıxardığı oyun mənə iblis
kimi iyrənc göründü.
Yüksək sürətlə Koblentserştrasseyə çıxanda fikirləşdim ki,
kaş qabağıma bir nazir maşını çıxa, ona yaxşıca bir “zolaq”
çəkəm. Anamın maşınının qabaq təkərlərinin topları irəli
çıxmışdı, istənilən maşını sıyırıb keçərdi. Ancaq heç bir nazir
belə tezdən yola çıxmazdı. Leoya tərəf döndüm:
– Doğrudan, əsgərliyə gedirsən?
Qızarıb başını tərpətdi.
– Qrupumuzda müzakirə eləmişik, – dedi, – qərara
gəlmişik ki, demokratiyaya xeyri dəyər.
– Yaxşı, sən də get o səfehlərə yoldaş ol. Hərdən hərbi
xidmətə yaramadığıma çox heyifsilənirəm.
Leo sualedici nəzərlərlə üzümə baxdı, ancaq baxışlarımla
qarşılaşanda üzünü yana çevirdi.
– Niyə heyifsilənirsən?
– Kaş o vaxt bizdə qalan mayorla rastlaşaydım. Vinekeni
güllələtdirmək istəyirdi. Yəqin, indi ya polkovnikdir, ya general.
Maşını Bethoven adına gimnaziyanın qarşısında saxla‐
yanda Leo başını buladı:
– Burada yox... İnternatın arxasında saxla.
Bir az irəli sürüb dayandım, əlimi ona tərəf uzatdım. Niga‐
rançılıqla gülümsəyib, əlimi xeyli buraxmadı. Fikrim qarışdığı
üçün niyə belə etdiyini başa düşmədim. Onun tez‐tez, qorxa‐
   196   197   198   199   200   201   202   203   204   205   206