Page 200 - heynrix
P. 200
HAYNRİX BÖLL

gəldiyimi duymuşdu. Halbuki hər hansı qadınla gizlində üç il
yaşasam, anam qəti hiss etməzdi. Qəhvədanı Annanın əlindən
alıb, özümə qəhvə süzdüm. Sonra qolundan tutub elə bərk
sıxdım ki, istər‐istəməz başını qaldırıb, doluxsunmuş solğun
mavi gözlərini üzümə dikdi. Gördüm ki, doğrudan da, ağlayır.

– Lənət şeytana, Anna, – dedim, – üzümə bax... Mənə
elə gəlir ki, sənin o “Doqquzuncu piyada alayı”nda adamın
gözünün içinə kişi kimi baxırmışlar...

– Mən kişi deyiləm, – zarıdı. Qolunu buraxdım. Üzünü
sobaya çevirdi, günah, rüsvayçılıq, Sodom, Qomorro haqqında
nəsə mızıldandı.

– Allah eşqinə, Anna, – dedim, – axı onların Sodomda,
Qomorroda nə işlə məşğul olduqlarını yaxşı bilirsən.

Silkələnib əlimi çiynindən saldı. Evdən baş götürüb
qaçacağımı demədən mətbəxdən çıxdım. Evimizdə yeganə
adamdı ki, hərdən Henriette barəsində onunla söhbət
edirdim.
200 Leo çoxdan qarajın qabağında dayanıb qorxa‐qorxa
saatına baxırdı.

– Anam bu gecə evə gəlmədiyimi bilib? – soruşdum.
– Yox, – deyə açarı mənə verib, qapını tutdu.
Maşını qarajdan çıxarıb Leonu mindirdim. O, diqqətlə
dırnaqlarına baxırdı.
– Əmanət kitabçasını götürmüşəm, – dedi, – tənəffüsdə
gedib alaram. Hara göndərəcəyəm?
– Qoca Derkumun adına göndər.
– Sən Allah, bərk sür, – dedi, – gecikirəm.
Sürəti artırıb bağımızdan çıxdım. Zenitçi dəstəsinə
qoşulmağa gedən Henriettenin tramvaya mindiyi yerə çatanda
dayanmalı olduq. Henriette yaşda bir neçə qız tramvaya mindi.
Tramvayı ötəndə içəridə Henriette yaşda, Henriette kimi gülən
çoxlu qız gördüm. Onlar da mavi şlyapa qoymuş, xəz yaxalıqlı
palto geymişdilər. Müharibə başlasa, valideynlərim Henriet‐
teni cəbhəyə necə göndərmişdilərsə, bu qızların valideynləri
də onları eləcə davaya göndərərdi. Ciblərinə bir az pul,
   195   196   197   198   199   200   201   202   203   204   205