Page 197 - heynrix
P. 197
İ ROMAN
rentrud” kimi iddialı adlar eşidəndə tamam bədbinləşirəm. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Yenə gördüm ki, Leonun, Henriette kimi olmasa da, hər halda,
qıza oxşarlığı var; dik burnu, mavi gözləri, saçları... Ağzı 197
oxşamırdı. Henriettedə gözəl, oynaq görünən bu əlamətlər
Leoda çox miskin, quru görünürdü. Qəti hiss olunmurdu ki,
siniflərində ən yaxşı idmançıdır. İdman dərslərindən azad
edilən şagirdə oxşasa da, çarpayısının başı üzərindən beş‐altı
idmançı tərifnaməsi asılmışdı.
İti addımlarla mənə tərəf gəldi, ancaq çatmağa lap az qa‐
landa qəflətən dayandı, əlləri yanına düşdü:
– Nə olub, Hans?
Gözlərini gözümə zillədi, sonra bir az aşağı baxdı. Sanki
orada ləkə görmüşdü. Hiss etdim ki, ağlamışam. Şopenə,
Şubertə qulaq asanda həmişə ağlayıram. Sağ əlimlə gözlərimi
silib dedim:
– Heç bilməzdim ki, Şopeni belə gözəl çalırsan. Mazurkanı
bir də çal.
– Vaxtım yoxdur, məktəbə gedirəm. Birinci dərsdə alman
ədəbiyyatından buraxılış imtahanına düşən mövzuları
yazdıracaqlar.
– Səni anamın maşını ilə apararam.
– O səfeh maşınla getməyi xoşlamıram.
Anam bu “əvəzsiz” idman maşınını o vaxt rəfiqələrinin
hansındansa almışdı. Leo həssas oğlan idi, nəyisə ona yalan‐
dan tərifləyəndə heç dözə bilmirdi. Deməli, bircə yol qalırdı:
gərək onu özündən çıxaraydın. Kimsə varlı ata‐anamıza görə
ona sataşanda və ya əzizləyəndə pörtür, yumruq davasına
çıxırdı.
– Bu gün bir müstəsnalıq elə, pianonun arxasına keç, çal.
Bilmək istəmirsən, bu gecə haradaydım?
Qızarıb gözlərini yerə dikdi:
– Yox, istəmirəm.
– Qız yanındaydım... Arvad yanına getmişdim. Arvadımın
yanına...
– Doğrudan? – O, başını yerdən qaldırmadı. – Nə vaxt
nikahlanıbsınız?