Page 192 - heynrix
P. 192
HAYNRİX BÖLL
– Bəs neyləyirsən? Elə kirli qalırsan?
– Üzümü “Köln suyu” ilə silirəm.
– Bu, çox baha çıxar, – dedi, o dəqiqə də qızardı.
– Elədir. Əmim onu hazırlayan firmanın baş inspek‐
torudur. Həmişə o bağışlayır. Özü də şüşədə...
Pərt halda lap yaxşı tanıdığım mətbəxi bir də nəzərdən
keçirdim. Dükana birləşdirilmiş kiçik, qaranlıq otaq idi. Küncdə
balaca soba vardı. Mariya da bütün evdar qadınlar kimi, onun
içində od saxlayırdı. Axşamlar közərmiş kömürləri yaş qəzetə
büküb sobanın içinə qoyur, səhər‐səhər də külünü təmizləyib,
üstünə təzədən odun, kömür yığırdı.
Səhərlər bütün küçələri, indi də kəsif qoxulu bu balaca
mətbəxi başına götürən kömür iyindən zəhləm gedirdi. İçəri
o qədər dar idi ki, Mariya hər dəfə qəhvədanı götürmək üçün
duranda kətili yana çəkməli olurdu. Çox güman ki, nənəsi də,
anası da bu əziyyəti çəkmişdi. Bu səhər yaxşı bələd olduğum
mətbəxdə ilk dəfə gündəlik qayğılarla rastlaşdım, gündəlik
192 qayğının nə olduğunu, bəlkə, ilk dəfə başa düşdüm. Həvəsin
olsa da, olmasa da, həmin işləri görməlisən. Dar mətbəxdən
çıxıb bayırın cürbəcür qayğıları ilə yüklənmək istəmirdim. Hər
şeydən əvvəl də Mariya ilə gördüyüm “iş” barədə qızlara,
Leoya, hətta bunu kimdənsə eşidəcək valideynlərimə izahat
vermək qayğısı... Məndən olsa, elə buradaca qalar, ömrümün
axırına kimi dəftər, qələm, konfet satar, axşamlar da yuxarı
qalxıb Mariya ilə yatardım. Bu gün durmamışdan qabaq
əllərini qoltuğumun arasına alıb necə rahat yatmışdımsa,
eləcə...
Bu gündəlik qayğılar məni həm qorxutdu, həm də sevin‐
dirdi. Qəhvədan, yaxma, Mariyanın yaşıl paltarının üstündən
taxdığı köhnə, göy rəngə çalan ağ önlük... Mənə elə gəldi ki,
yalnız gündəlik qayğılarla yaşayan qadınlar təbii olurlar. Fəxr
etdim ki, Mariya mənim arvadımdır. Hiss etdim ki, özümü
böyümüş adam kimi aparmaq üçün hələ yetişməmişəm.
Durub Mariyaya yaxınlaşdım, onu qollarımın arasına alıb
dedim: