Page 187 - heynrix
P. 187
İ ROMAN

mir. Özümü əclafların əclafı hiss elədim. Ancaq bilirdim ki, BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
əclaf deyiləm. O, bir dəfə mənə demişdi: “Bilirsənmi, niyə
sizinki kimi varlı evlərdə qulluqçu qızların otaqları həmişə 187
yeniyetmə oğlanların yatdığı otaqların yanında olur? İndi
deyim, bil: bu, lap qədimdən insan təbiəti, mərhəmət hissi ilə
alver etməkdir”. İstəyirdim, özü içəri girsin, məni Mariyanın
yanında görüb təəccüblənsin... Onun yanına gedib, necə
deyərlər, məlumat vermək istəmirdim.

Bayırda hava işıqlanmağa başladı. Üşüdüm. Mariyanın
otağının belə kasıb olması ürəyimi ağrıtdı. Derkumlar ailəsi
çoxdan müflisləşməyə başlamışdı. Hamı bunu Derkumun
“siyasi fanat” olması ilə bağlayırdı. Əvvəlcə balaca bir
mətbəələri, ona uyğun nəşriyyatları, kitab mağazaları vardı.
İndi xırdaca “Yazı ləvazimatı” mağazasının ümidinə qalmışdılar.
Burada məktəblilərə şirniyyat da satırdılar. Bir dəfə atam
mənə dedi: “Görürsənmi, fanatizm insanı nə kökə salır?! Siyasi
cəhətdən təqib olunan adam kimi Derkumun müharibədən
sonra qəzet çıxarmaq üçün çox yaxşı imkanı vardı”. Qəribə idi
ki, mən qoca Derkumda heç bir fanatizm görmürdüm. Bəlkə
də, atam fanatizmi “özünəinam hissi” ilə qarışdırırdı.
Mariyanın atası heç vaxt dini kitablar satmırdı.

Halbuki kilsə bayramları yaxınlaşanda bununla bir az pul
qazanmaq olardı.

Mariyanın otağı tamamilə işıqlaşanda gördüm ki, doğru‐
dan, çox kasıbdırlar. Dolabda üçcə dəst paltar asılmışdı. Yalan
olmasın, oradakı tünd‐yaşıl donu əynində bir əsr bundan
qabaq da görmüşdüm. Sarımtıl rəngə çalan paltarı isə lap
üzülüb getmişdi. Bunlardan başqa, bayram günlərində geydiyi
qəşəng tünd‐mavi rəngli kostyumu, tünd‐yaşıla çalan qış pal‐
tosu, üçcə cüt də ayaqqabısı vardı. Birdən‐birə durub dolabın
siyirmələrini açmaq, onun alt paltarlarına baxmaq istədim,
ancaq tezcə də bu fikirdən daşındım. Mənə elə gəldi ki, o, ha‐
lalca arvadım olsa da, alt paltarına baxa bilməzdim.

Atasının öskürəyi çoxdan kəsilmişdi. Mariya qayıdanda
saat yeddiyə işləmişdi. Çox sevindim ki, onunla çoxdan görmək
   182   183   184   185   186   187   188   189   190   191   192