Page 184 - heynrix
P. 184
HAYNRİX BÖLL

də güldük. Tüstünü büzülmüş dodaqları arasından elə
üfürürdü ki, görən deyərdi, nazlanır. Tüstü təsadüfən burnun‐
dan çıxanda gülmək məni tutdu. Çox pis alınırdı. Nəhayət,
söhbətə başladıq, xeyli də danışdıq. Dedi ki, indi Kölndə “bu
iş”i pul üçün görən qadınlar barədə düşünür. Onlara elə gəlir
ki, bunun üçün mütləq pul almaq lazımdır. Ancaq “bu iş” üçün
pul almaq olmaz. Belə çıxır ki, ərləri ora gedən qadınlar onlara
borclu qalır. Ancaq o, heç kəsə borclu qalmaq istəmir. Mən də
çox danışdım. Dedim ki, “cismani məhəbbət” və sevginin
başqa növləri haqqında oxuduqlarımın hamısını mənasız
sayıram, onları bir‐birindən seçə bilmirəm. Soruşdu ki,
gözəldirmi, onu sevirəmmi. Cavab verdim ki, “bu iş”i görmək
istədiyim yeganə qızdır. İnternatda oxuyarkən “həmin iş”
barədə fikirləşəndə həmişə onu xatırlamışam. Yalnız onu...
Sonra durub vanna otağına getdi. Mənsə hələ də çarpayının
üstündə oturub siqaret çəkir, suya atdığım o iyrənc həblər
haqqında düşünürdüm. Yenə qorxmağa başladım, durub
184 vanna otağına yaxınlaşdım, qapını döydüm. Mariya bircə
anlığa tərəddüd elədi, sonra: “Gəl”, – dedi. İçəri girdim. Onu
görən kimi qorxum keçib‐getdi. Yanağından göz yaşları
süzülürdü. Saçına nəsə sürtüb ovuşdurandan sonra üzünə
kirşan vurmağa başladı. Soruşdum:

– Burada neyləyirsən?
Cavab verdi:
– Özümü qaydaya salıram.
Üzünə yaxdığı kirşan elə qalın idi ki, göz yaşı onu yarıb
keçə bilmirdi.
– Yenə getmək istəmirsən? – soruşdu.
– Yox, – dedim.
Üzünə “Köln suyu” çilədi. Mənsə vannanın qırağında otu‐
rub fikrə getdim: iki saat bəs eləyəcək, ya yox... Saat yarımdan
çox çərənləmişdik. Məktəbdə bu sahə üzrə yaxşı “mütə‐
xəssislər” vardı. Deyirdilər, qızı qadın eləmək çətin işdir... Elə
hey özündən əvvəl Ziqfridi Brunhildenin yanına göndərən
Qünter barədə düşünürdüm, Nibelunqların bu işə görə
   179   180   181   182   183   184   185   186   187   188   189