Page 181 - heynrix
P. 181
İ ROMAN
– Təlxək. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
– Deməli, aktyor olmaq istəyirsən. Yaxşı, bəlkə, bu
sahədə səni bir məktəbə göndərim? 181
– Yox, – dedim, – mən aktyor deyil, təlxək olmaq istəyi‐
rəm. Bunun üçün məktəb qurtarmaq lazım deyil.
– Bəs gələcəyini necə təsəvvür edirsən?
– Heç cür... Heç cür... Bu evdən baş götürüb qaçacam...
Ancaq baş götürüb qaçmağa cəsarət etmədiyim üçün
evdə iki ay da dəhşətli günlər keçirəsi oldum. Hər tikəni
ağzıma aparanda anam mənə cani kimi baxırdı. Halbuki illər
boyu küçədən keçən yaramazları yedirtmişdi. Axı onlar
“rəssamlar”, “şairlər” idi. Müftəxor Şnitsleri, Qruberi... Ancaq
Qruber o qədər də pis adam deyildi. Kök, qaraqabaq, pinti bir
şair idi. Yarım il bizdə qaldı, ancaq bircə misra da yazmadı. Hər
dəfə səhər yeməyinə yığışanda anam ona elə baxırdı ki, sanki
üz‐gözündə həmin gecə divlərlə keçirdiyi döyüşün izlərini
axtarırdı. Demək olar ki, təhqirlə baxırdı. Günlərin birində şair
izsiz‐tozsuz yoxa çıxdı, biz uşaqlar onun otağında oxunmaqdan
didik‐didik olmuş bir qalaq detektiv roman tapanda həm
təəccübləndik, həm də qorxduq. Yazı masasının üstündə bir
neçə kağız vardı. Orada bircə söz yazılmışdı: “Heç nə...” Başqa
birindəsə bu söz iki dəfə yazılmışdı. Anam isə belə adamların
xatirinə özü zirzəmiyə düşər, ən yaxşı donuz qaxacını seçib
gətirərdi! Mənə elə gəlir, o vaxt iri bir molbert alıb böyük
kətanın üstünə mənasız cızma‐qaralar çəksəydim, anam razı
qalardı. Yəqin, belə deyərdi: “Bizim Hans rəssamdır. Öz yolunu
tapacaq. İndi axtarışdadır”. Ancaq indi mən onun gözündə
“bəzi fokusları çox yaxşı göstərən”, yaşa dolmuş gimnaziya
tələbəsi idim. Əlbəttə, bir tikə çörək xatirinə öz “qabiliy‐
yət”imdən nümunələr göstərə bilməzdim. Beləliklə də, günün
yarısını Mariyanın atasının, qoca Derkumun yanında keçirir,
dükan işlərində ona kömək edirdim. Əvəzində mənə siqaret
bağışlayırdı. Halbuki onda dolanışığı çox da yaxşı deyildi...
Bu minvalla evimizdə ikicə ay qaldım. Ancaq həmin aylar
mənə əbədiyyət qədər uzun göründü, müharibə illərindən də