Page 180 - heynrix
P. 180
HAYNRİX BÖLL
– Hara?
– Yığıncağımız var.
– Axı mən katolik deyiləm.
O da güldü, yanındakılar da.
– Mahnı oxuyacağıq. Yəqin, sən də mahnı oxumağı
xoşlayırsan?
– Elədir, – dedim, – ancaq bu toplantılar məni cana yığıb.
İki il internatda qalmışam...
Gülsə də, incidi və dedi:
– Həvəsin olsa, futbol oynamağa gələrsən.
Onlarla iki‐üç dəfə futbol oynadım, dondurma yeməyə
getdim. Məni bir daha yığıncağa dəvət etmədi. Bilirdim ki,
Mariya da öz rəfiqələri ilə ora gedir. Onu lap yaxşı tanıyırdım,
çünki atası ilə bir yerdə çox olmuşduq. Hərdən axşamçağı
idman meydançasına baş çəkir, atası ilə top‐top oynayanda
onlara tamaşa edirdim. Daha dəqiq desəm, qıza baxırdım.
Bəzən oynaya‐oynaya mənə təbəssümlə əl eləyirdi. Mən də
gülümsəyir, əlimi yelləyirdim. Bir‐birimizə yaxşı bələd idik.
180 Onda tez‐tez Mariyanın atasının yanına gedirdim. O, Hegelin,
Marksın dediklərini mənə qandırmağa çalışanda Mariya da
hərdən yanımızda oturardı. Ancaq evlərində üzümə heç vaxt
gülməzdi. Həmin gün onun Tsüpfnerlə qol‐qola “Yuqend‐
haym”dan gəldiyini görəndə ürəyim sancdı. Çox səfeh
vəziyyətə düşdüm. Məktəbi atdım. İyirmi bir yaşında
gimnaziyanın aşağı sinfindən çıxdım. İnternatdakı tərbiyə‐
çilərim nəcib adamlar idi, hətta mənim üçün vida gecəsi də
təşkil etdilər. Pivə, buterbrod, siqaret də almışdılar. Papiros
çəkməyənlərə şokolad verdilər. Sinif yoldaşlarıma cürbəcür
nömrələr göstərdim: “Katoliklərin duası”, “Yevangelistlərin
duası”, “Məvacib almış fəhlə”... Sonra fokuslara keçdim,
Çaplini yamsıladım. Hətta vida nitqi də söylədim. Mövzusu da
belə idi: “Kamal attestatına əbədi səadətin tərkib hissəsi kimi
baxanlar səhv edirlər”. Çox gurultulu gecə oldu, ancaq
evdəkilər bərk əsəbiləşdi. Anam, sadəcə olaraq, mənə nifrət
edirdi. Atama deyirdi ki, məni “kömür mədəni”nə göndərsin.
Kişi isə dəqiqəbaşı soruşurdu ki, gələcəkdə nə olmaq
istəyirəm. Axırda dözməyib dedim: