Page 175 - heynrix
P. 175
İ ROMAN

kimi poetikdir...“ Roman onların gizlincə evlənməsi ilə bitirdi. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Məhz elə bu evlənmə səhnəsi Şnitsleri Reyxin yazıçılar
palatasının qəzəbinə düçar elədi, təxminən on ay çap üzünə 175
həsrət qaldı. Amerikalılar onu "müqavimət hərəkatının iştirak‐
çısı” kimi çox yaxşı qarşıladılar və mədəniyyət şöbəsində işə
götürdülər. İndi Bonnda şellənə‐şellənə gəzir, imkan tapan
kimi də deyir: “Nasistlər məni yazmağa qoymurdular”. Belə
ikiüzlülərə öz müsahibini inandırmaq üçün yalan danışmaq
lazım gəlmir. Əslində, anamı da o məcbur elədi ki, bizi
nasistlərin sərəncamına versin – məni “Yunqfolk”a, Henriet‐
teni də “Alman qızları ittifaqı”na...

“... Mərhəmətli xanım, biz bu ağır günlərdə birgə müba‐
rizə aparmalı, birgə oturub‐durmalı, birgə əzab çəkməliyik, –
atamın siqarlarından birini götürüb çəkə‐çəkə sobanın
qarşısında necə dayandığı hələ də gözlərimin önündən
çəkilmir. – ...Qurbanı olduğum bəzi ədalətsizliklər mənim qəti,
aydın inamımı sındıra bilməz... – Həmin anda səsi, doğrudan
da, titrəyirdi. – ...Bizim nicat yolumuz yalnız Fürerin
əlindədir...”

Bu sözlərdən bircə gün sonra amerikanlar Bonnu tutdu‐
lar...

– Bəs Şnitsler necədir, ana?
– Əntiqə! Xarici İşlər Nazirliyində onsuz keçinə bilmirlər.
Əlbəttə, anam hər şeyi unutmuşdu. Ancaq təəccüblü idi
ki, “amerikalı yankilər” sözü ona hələ də nəyisə xatırladırdı.
Artıq onunla belə danışdığıma peşman deyildim.
– Bəs babam necədir?
– Lap əntiqə! Kefindən qalmır. Tezliklə doxsanilliyini qeyd
edəcək. Onun belə qalması mənim üçün hələ də tapmacadır.
– Bunun cavabı çox sadədir, – dedim. – Keçmişin kişi‐
lərinə nə xatirələr, nə də vicdan əzabı təsir eləmir. İndi ev‐
dədir?
– Yox, altıhəftəliyə İskaya gedib.
Hər ikimiz susduq. Hiss edirdim ki, səsim daha sözümə
baxmır. Anam isə özünü tamamilə ələ ala bilmişdi.
   170   171   172   173   174   175   176   177   178   179   180