Page 171 - heynrix
P. 171
İ ROMAN

Məsələn, mənim nəzərimdə özünü qumbara ilə tikə‐tikə BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
eləmiş Georq hələ sağdır, anam isə ölü. Çəmənlikdə Apollonun
büstü önündə dayanmış o çopur, o pampaq oğlan heç vaxt 171
gözlərimin önündən çəkilmir, Herbert Kalikin çığırtısı
qulaqlarımdan getmir: “Elə yox! Elə yox!” Sonra bir neçə
partlayış eşidilir, qışqırtı səsi azalır və nəhayət, Kalik deyir:
“Xoşbəxtlikdən, Georq yetim idi!”... Yarım saatdan sonra bizim
qonaq otağında – bayaq mənə məhkəmə qurduqları yerdə
şam yeməyinə yığışanda anam Leoya dedi:

– Böyüyəndə sən bu işi o səfeh oğlandan yaxşı görə‐
cəksən, elə deyilmi?

Leo başını tərpətdi. Atam üzümə baxdı və on yaşlı
oğlunun gözlərində təsəlliverici heç nə tapa bilmədi…

Anam artıq neçə ildir ki, “İrqi Ziddiyyətləri Barışdırma
Cəmiyyəti”nin Mərkəzi Komitəsinin prezidentidir. Tez‐tez Anne
Frank muzeyinə gedir, hərdən Amerikaya səfərə də çıxır,
oradakı qadın klublarında öz həlim səsi ilə alman gənclərinin
keçirdiyi peşmançılıq hisləri barədə nitq söyləyir. Çox güman
ki, Henriette ilə vidalaşarkən də elə həmin səslə: “Uğur olsun,
qızım!” – demişdi. Anamın səsini telefonda istədiyim vaxt
eşidə bilirəm. Henriettenin səsini isə heç vaxt eşitməyəcəyəm!
Son dərəcə boğuq səsi, ancaq cingiltili gülüşü vardı. Bir dəfə
tennis oynayarkən raket əlindən düşdü. Meydançanın ortasın‐
daca dayanıb fikirli‐fikirli göylərə baxdı... Bir dəfə də nahar
edərkən əlindəki qaşığı şorbanın içinə saldı. Anam içini çəkdi,
paltarına, süfrəyə ləkə saldığı üçün onu danladı. Henriette
deyilənlərin heç birini eşitmədi. Özünə gələn kimi qaşığı
oradan götürdü, əl dəsmalı ilə silib təzədən yeməyə başladı.
Üçüncü dəfə sobanın yanında oturub kart oynayarkən bu hala
düşəndə anam üstünə qışqırdı:

– Yenə xəyala daldın?!
Henriette onun üzünə baxıb astadan dedi:
– Nə oldu ki?! Oynamağa həvəsim yoxdur, neyləyim...
Bu sözləri deyib əlindəki kartları ocağa atdı. Anam əli
yana‐yana “ürək yeddi”likdən başqa, onların hamısını çıxardı.
   166   167   168   169   170   171   172   173   174   175   176