Page 166 - heynrix
P. 166
HAYNRİX BÖLL
yeyərkən anamdan Henriettenin hara ekskursiyaya getdiyini
soruşdum. Onun dodaqları qaçdı:
– Ekskursiyaya bax! Zenitçi dəstəsinə yazılmaq üçün
Bonna getdi... Almanı elə soymazlar, hamısını qabıqda
aparırsan... Bax, oğlum, – deyə o, mənim boşqabımdakı qabıq‐
ları götürüb onların içini qazıdı, öz qənaətcilliyini nümayiş
etdirirmiş kimi bıçağın üstündəki nazik dilimcikləri ağzına
apardı. Atama baxdım. O nə başını qaldırdı, nə dindi. Leo da
susdu. Təzədən anamın üzünə baxanda o dilləndi:
– Özün də gələcəkdə başa düşəcəksən ki, amerikalı
yankiləri müqəddəs alman torpağından qovmaq üçün hamı
əlindən gələni etməlidir.
Bu sözləri deyib üzümə baxanda özümü itirdim. Sonra
həmin baxışlarla Leonu süzdü, onda mənə elə gəldi ki, ikimizi
də “of” demədən amerikalı yankilərlə döyüşə göndərər.
– Bizim müqəddəs alman torpağımız... – O, sözünə
davam etdi. – Ayfelə qədər gəlib çıxıblar...
166 Gülmək istədim, ancaq qəhər məni boğdu, əlimdəki
bıçağı tullayıb öz otağıma qaçdım. Yaman qorxurdum. Nə üçün
qorxduğumu bilir, ancaq sözlə ifadə etməyi bacarmırdım.
Lənətə gəlmiş alma qabığı yadıma düşəndə lap dəli oldum.
Bağımızda kirli qarın örtdüyü alman torpağına, Reyn çayına,
salxım söyüdlərin başı üzərindən “Yeddi dağ”a baxdım və
bütün bu mənzərə mənə çox mənasız göründü. Bir neçə gün
bundan əvvəl həmin "amerikalı yankilər"i görmüşdüm. Onları
yük maşınında Venusberqdən Bonna – toplanış məntəqəsinə
gətirmişdilər. Cavan idilər, qorxurdular, soyuqdan titrəyirdilər.
Nədənsə, mən “yanki” sözünü eşidəndə italyanları təsəvvü‐
rümə gətirirdim. Onlar amerikalılardan bərk üşüyürdülər,
yorğun görünür, həm də bərk qorxurdular...
Çarpayımın yanındakı kətilə təpik vurdum, yıxılmadığını
görüb birini də ilişdirdim. Aşdı, tumbanın üstündəki gecə
lampasını da çilik‐çilik elədi. Mavi şlyapa qoymuş Hanriette...
Çiynində də çanta... O, bir daha qayıtmadı, bu günəcən də
harada dəfn olunduğunu bilmirik. Müharibə qurtarandan
sonra bir nəfər gəlib dedi ki, Leverkuzen ətrafında həlak olub...