Page 164 - heynrix
P. 164
HAYNRİX BÖLL

Konyakı soyuducudan götürüb elə şüşədəncə bir qurtum
içdim. Yox, içki düşkünü deyiləm, sadəcə olaraq, Mariya çıxıb
gedən gündən meylimi spirtli içkilərə salmışam. Əslində, özüm
də pul qıtlığına öyrəşməmişdim. İndi cibimdə bircə mark
qaldığından, gələcək üçün də ayrı ümid yerim olmadığından
bərk əsəbiləşdim. Yeganə satılmalı bir şey vardı ki, o da velo‐
siped idi. Ancaq təzədən küçələrdə fokus göstərib pul qazan‐
maq fikrinə düşsəm, o da kara gələrdi. Hər halda, taksi puluna,
tramvay puluna qənaət edərdim. Qaldığım mənzili də bir
şərtlə götürmüşdüm ki, onu heç vaxt satmayım, kirayəyə
verməyim. Eh, varlı adamların bəxşişi bundan artıq olmazdı
ki! Haradasa mütləq bir ilişəcək yeri qoymalıdırlar! Özümü ələ
alıb konyakı yerinə qoydum, qonaq otağına keçib telefon
kitabçasını açdım.

IV
Özüm Bonnda doğulmuşam, şəhərdə də çoxlu tanışım
164 var. Qohumlarım, dostlarım, məktəb yoldaşlarım... Valideyn‐
lərim də burada yaşayır. Tsüpfnerin məsləhətilə katolikliyi
qəbul etmiş qardaşım Leo da bu şəhərdə ilahiyyat fakültəsində
oxuyur. Deyəsən, başqa yol yoxdur, pul məsələsini qaydaya
salmaq üçün valideynlərimlə görüşəsi olacağam. Bəlkə, bu işi
vəkilə tapşırdım, hələ bilmirəm... Bacım Henriettenin ölümün‐
dən sonra ata‐anamdan üz döndərmişəm. O, on yeddi il bun‐
dan əvvəl ölüb. Müharibə qurtaran il on altı yaşındaydı.
Qəşəng, sarışın bir qız idi, Bonnla Remaqen arasında ən yaxşı
tennisçi hesab olunurdu. Onda belə bir qayda vardı ki, gənc
qızlar gərək könüllü surətdə zenitçi dəstəsinə yazılaydılar. Hen‐
riette də 1945‐ci ilin fevralında getdi. Hər şey qəfildən, elə tez
baş verdi ki, heç nə anlamadım. Onda məktəbdən qayıdırdım.
Kölnştrasseyə çatanda gördüm ki, Henriette Bonna tərəf
gedən tramvayda oturub. Mənə əl eləyib güldü. Mən də
güldüm. Çiynində balaca çantasını asmışdı, başında tünd‐mavi
rəngli qəşəng şlyapa vardı. Xəz yaxalıqlı, qalın mavi qış paltosu
geyinmişdi. Onu heç vaxt şlyapada görməmişdim. Şlyapadan
   159   160   161   162   163   164   165   166   167   168   169