Page 165 - heynrix
P. 165
İ ROMAN

xoşu gəlmirdi, çünki onu tamam başqa görkəmə salırdı. İndi BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
də qızdan çox, gənc qadına oxşayırdı. Elə bildim, yenə ekskur‐
siyaya gedir. Düzdür, belə vaxtda ekskursiyaya getmək gülünc 165
çıxırdı, ancaq məktəbdən hər şey gözləmək olardı. Hətta hava
hücumundan qaçıb zirzəmidə gizlənəndə də, bayırda toplar
guruldayanda da bizə üçmərtəbəli tənlik öyrətməyə
çalışırdılar. Müəllimimiz Brül, özünün dediyi kimi, bizə “dini və
milli” mahnılar oxuyurdu. “Şan‐şöhrətli ev”, “Günəş şərqdən
doğur” adlı nəğmələri də bura aid edirdi. Gecələr hərdən sak‐
itlik çökürdü, biz həmin anda küçədən dəstə ilə keçənlərin
addım səslərini eşidirdik. İtaliyalı hərbi əsirlər (italyanların indi
nə üçün müttəfiqimiz olmadığının, əsir kimi bizdə işlədiyinin
səbəbini məktəbdə demişdilər, bununla belə, niyə belə
olduğunu mən hələ də başa düşə bilmirəm), ruslar, qadınlar,
alman əsgərləri... Bu addım səsləri bütün gecə eşidilirdi, heç
kəs də nə baş verdiyini bilmirdi.

Henriette, doğrudan da, məktəblə ekskursiyaya gedənə
oxşayırdı. Onlardan nə desən gözləmək olardı. Hərdən həyə‐
can siqnalları ara verəndə sinifdə otururduq, pəncərədən atəş
səsləri eşidirdik. Qorxa‐qorxa o tərəfə baxanda müəllimimiz
Brül soruşurdu:

– Bilirsiniz, nə olub?
Sonralar öyrəndik ki, meşədə hansı fərarinisə güllə‐
ləyirmişlər.
Brül həmişə deyirdi:
– Bizim müqəddəs alman torpağını amerikalı yankilərdən
qorumaqdan boyun qaçıranların axırı belə olacaq. (Bu yaxın‐
larda ona təzədən rast gəldim. Qocalıb, saçları ağarıb. Peda‐
qoji Akademiyanın professorudur. Hamı onu “igid siyasi
keçmişi olan” adam hesab eləyir, çünki faşist partiyasının üzvü
olmayıb!)
Tramvay tərpənəndə Henrietteyə bir də əl elədim, sonra
bağdan keçib evimizə gəldim. Leo da, ata‐anam da nahar
masasının arxasında oturmuşdular. Əvvəlcə gicitkən şorbası,
sonra kartoflu sous, axırda da hərəyə bir alma gətirdilər. Çərəz
   160   161   162   163   164   165   166   167   168   169   170