Page 170 - heynrix
P. 170
HAYNRİX BÖLL
üzvləri Kinkeli, Fredeboylu, Blotherti, Zommervildi. Sıraların
arasında Monika Zilvesin adını yazıb, özünü də qəşəng bir
haşiyəyə aldım. Gərək Karl Emondsa teleqram vuram ki, mənə
zəng eləsin, çünki telefonu yoxdur. Məndən olsa, əvvəlcə
Monika Zilvesə zəng vurardım, ancaq indi onu axıra saxla‐
malıyam... Monika ilə münasibətimiz elə bir həddə çatıb ki,
onu pis vəziyyətdə qoymaq mənim tərəfimdən həm fiziki,
həm də metafiziki təhqir olardı. Bu məsələdə vəziyyətim,
doğrudan da, çıxılmaz idi. Mariya, özünün dediyi kimi,
“metafiziki qorxu”suna görə məni atıb getdiyi gündən qeyri‐
ixtiyari öz təbiətimə uyğun monoqam həyat sürürəm. Əslində,
Boxumda da bilərəkdən yıxılıb dizimi yaraladım ki, yenicə
başladığım qastrolu yarımçıq qoyub Bonna qayıdım. Mari‐
yanın oxuduğu dini kitablarda səhvən “bioloji tələbat”
adlandırılan şey mənə getdikcə daha çox əziyyət verirdi.
Monikanı o qədər sevirdim ki, qadın tələbatımı onunla ödəyə
bilməzdim. Dini kitablarda “qadına qarşı tələbat” yazılsaydı,
170 şübhəsiz ki, kobud çıxardı, ancaq, hər halda, “bioloji tələ‐
bat”dan yaxşı səslənərdi. Mariyanın mənimlə gördüyü işi indi
Tsüpfnerlə görəcəyini təsəvvürümə gətirəndə təbiətimdəki
sentimentallıq ümidsizliyə çevrilir. Uzun tərəddüddən sonra
Tsüpfnerin nömrəsini də tapdım və adını pul qopara
bilməyəcəyim adamların siyahısına əlavə elədim.
Ancaq Mariya pul verərdi. Nəyi varsa, hamısını verərdi.
Hətta gəlib kömək də eləyərdi. Son vaxtlar başıma nələr
gəldiyindən xəbər tutsaydı, qəti dayanmazdı. Amma bir iş də
var ki, tək gəlməzdi. Altı il az vaxt deyil... Hər halda, onun yeri
Tsüpfnerin evi ola bilməz! Tsüpfnerlə bir masanın arxasında
oturub nahar edə bilməz, onunla bir yastığa baş qoya bilməz!
“Mübarizə” sözü mənim təsəvvürümdə həmişə “cismani
döyüş” olsa da, onun uğrunda mübarizə aparmağa hazır idim.
Ancaq Tsüpfnerlə yumruq davasına çıxmaq gülünc işdi...
Mariya mənim nəzərimdə anam kimi ölüb getməmişdi. Mənə
elə gəlir, protestantların, katoliklərin düşündükləri kimi olmasa
da, yaşaya‐yaşaya ölmək, ölə‐ölə də yaşamaq mümkündür.