Page 174 - heynrix
P. 174
HAYNRİX BÖLL
danışardı: “La Condition du Monsieur le Comest Parfaite”1.
Hərdən ev tapşırıqlarını yazmaqda mənə kömək edərdi.
Həmişə də gülərdik ki, başqasının dərslərini yaxşı bilir,
özününkünü isə pis...
Ancaq onun əvəzinə qocalmış anamın kövrək səsini
eşitdim və soruşdum:
– Atam necədir?
– Atan qocalıb... Qocalıb, müdrikləşib...
– Bəs Leo?
– Yaman çalışır. Həmişə məşğuldur... Deyirlər, gələcəkdə
yaxşı din xadimi olacaq.
– İlahi, – dedim, – niyə məhz Leo gələcəkdə din xadimi
olmalıdır?
– O, bu qərara gələndə bizim üçün də çətin oldu. Ancaq
sən saydığını say, gör fələk nə sayır.
Anam zorla da olsa, əvvəlki səsi ilə danışmağa başladı.
Həmin anda hələ də bizə gəlib‐gedən Şnitsleri soruşmaq
174 istədim. O vaxtlar “avropalıların böyüklüyü”ndən, “german‐
ların özünə güvənməsi”ndən odlu‐odlu danışan cılız Şnitsler
indi ətə‐qana dolmuş, yaraşıqlı bir cənab olmuşdu. Sonralar
maraq xatirinə onun romanlarından birini oxudum: “Fransız
məhəbbəti”ni... Adı çox şey vəd eləsə də, özü cansıxıcı idi. Ən
böyük məziyyəti ondan ibarət idi ki, baş qəhrəmanlar – əsir
düşmüş fransız leytenantı sarışın, vurulduğu alman qızı
Mozelli isə qarayanızdı. Henriette hər dəfə “tfu” deyəndə
Şnitsler diksinir və iddia edirdi ki, “mistik istedad” adamı
bəzən ağzından pis söz qaçırmağa məcbur edir (ancaq Henri‐
ette bu sözü məcburən demir, özü də yazıçının iddia etdiyi
kimi, qeyri‐ixtiyari ağzından qaçırmırdı, sadəcə olaraq, astadan
deyirdi). Sübut üçün də gedib Qörresin beşcildlik “Xristian
mistikası”nı gətirirdi. Əlbəttə, romanda hadisələr çox incə
təsvir olunurdu. Məsələn, yazırdı: “Sevgililərin bir‐birinin
sağlığına qaldırdıqları fransız badələrinin cingiltisi büllur səsi
1 La Condition du Monsieur le Comest Parfaite – Cənab qrafin vəziyyəti
əntiqədir. (fr.)