Page 172 - heynrix
P. 172
HAYNRİX BÖLL
Həmin gündən sonra kart oynayanda anam özünü heç bir şey
olmamış kimi göstərsə də, həmişə Henrietteni xatırladıq.
Anam məkrli adam deyil. Amma həddən artıq səfeh və
qənaətcildir. Bizi təzə kart almağa qoymadı və mənə həmişə
elə gəldi ki, yanmış “ürək yeddi”lik hələ də oyundadır, anam
da kartı yerə düzəndə hər dəfə ona toxunur, ancaq heç nəyi
xatırlamır. Henrietteyə məmnuniyyətlə zəng vurardım, amma
neyləyim, din xadimləri bunun üçün xüsusi cihaz kəşf
etməyiblər. Valideynlərimin heç vaxt yadda saxlaya bilmədiyim
telefon nömrəsini kitabçadan axtarıb‐tapdım: Şnir Alfons, fəxri
doktor, baş direktor. “Fəxri doktor” mənim üçün təzə idi.
Nömrəni yığa‐yığa xəyalən evimizə getdim: Koblentserştrasse
ilə üzüaşağı düşdüm, sonra sola – Reynə tərəf döndüm. Piyada
bircə saatlıq yol idi... Dəstəkdən quluqçu qızın səsi eşidildi:
– Doktor Şnirin evi.
– Frau Şniri olar?
– Danışan kimdir?
172 – Şnirdir, – dedim, – Hans... Fraunun doğmaca oğlu.
Qız udqunub bir anlığa fikrə getdi, yeddikilometrlik xəttin
bu başında hiss etdim ki, tərəddüd içindədir. Yeri gəlmişkən,
qızdan xoş ətir iyi gəlirdi. Sabun ətri, bir az da yenicə çəkilmiş
dırnaq lakının qoxusu... Çox güman ki, mənim bu dünyada
varlığımdan xəbərdardı, ancaq barəmdə dəqiq göstəriş
almamışdı. Ola bilsin, bəzi şayiələr də eşitmişdi: adamayo‐
vuşmazdır, araqarışdırandır...
– Zarafat olmadığına inanım? – nəhayət, qızın səsi
eşidildi.
– İnana bilərsiniz, – dedim. – Lazımdırsa, anamın bəzi
əlamətlərini də deyə bilərəm. Alt çənəsinin sol tərəfində xalı
var. Ziyildir...
– Di yaxşı, – qız gülüb xətti birləşdirdi.
Evimizdəki telefon sistemi çox mürəkkəbdir. Təkcə elə
atamın üç telefonu var. Qırmızı aparat kömür mədənləri, qara
aparat birja ilə danışmaq üçündür. Ağı ilə şəxsi söhbətlər edir.
Anamınkı isə ikidir: qara aparat “İrqi Ziddiyyətləri Barışdırma