Page 177 - heynrix
P. 177
İ ROMAN
aləmindəki uğursuzluğum”, özümə o qədər də dəhşətli BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
görünməyən acınacaqlı vəziyyətim onu xeyli kədərləndirəcək.
Qıraqdan baxana – əslində, bu dünyada hamı bir‐birinə 177
qıraqdan baxır – hər hansı bir hadisə həmin işin içində olana
nisbətən ya çox pis, ya da çox yaxşı görünür. Fərqi yoxdur, istər
xoşbəxtlik, istər bədbəxtlik, istər məhəbbət dağı, istərsə də
“sənət aləmində uğursuzluq” olsun... İyli‐qoxulu zallarda ka‐
tolik təriqətinə etiqad edən evdar qadınların, yevangelist tibb
bacılarının qarşısında mənalı sirk nömrələri, yaxud adi fokuslar
göstərməyi özüm üçün qəbahət saymıram. Ancaq dini
ittifaqların verdiyi qonorar çox az olur. Əlbəttə, belə bir
ittifaqın rəhbəri fikirləşir ki, əlli mark çox yaxşı məbləğdir və
həmin adam onu ayda iyirmi dəfə alsa, dolana bilər. Mənsə
qrim üçün xərclədiyim pulun haqq‐hesab kağızını göstərib
deyəndə ki, məşq eləmək üçün hələ mehmanxanada eni 2,2
metr, uzunu isə 3 metr olan otaq da tutmalıyam, yəqin, elə
fikirləşir ki, məşuqəm Saba kraliçası daş‐qaşla oynamağı
xoşlayır. İzah edəndə ki, mən ilıq yumurta, cücə şorbası, kotlet
və pomidorla dolanıram, dərhal xaç çəkir və fikirləşir ki, yemək
sarıdan korluğum var, çünki nahar vaxtı “əməlli xörək” üzü
görmürəm. Daha sonra deyəndə ki, mənim şəxsi qayğılarım
axşam qəzetlərindən, siqaretdən, kart oynamaqdan ibarətdir,
çox güman ki, məni fırıldaqçı sayır. Ona görə də kiminləsə pul
və incəsənət barədə danışmağın daşını çoxdan atmışam.
Onların ikisi bir yerdə olanda iş düz gətirmir. İncəsənətə ya
həddən artıq az, ya həddən artıq çox pul verirlər. Bir dəfə
səyyar ingilis sirkində bir təlxəklə tanış oldum. Məndən ustalıq
baxımından iyirmi, sənətkarlıq baxımından on dəfə üstün idi.
Ancaq hər çıxışı üçün heç on mark da almırdı. Adı Ceyms Ellens
idi, əllini haqlamışdı. Bir dəfə onu axşam yeməyinə dəvət
etdim, donuz budundan omlet, salat, alma piroqu gətirtdim.
Halı xarablaşdı. On ildir biroturuma bu qədər yeməmişdi.
Ceymslə tanış olan gündən bəri pul, sənət barədə danış‐
mıram...
Necə gəldi, yaşayıram, ümidimi də “dalğa”lara bağla‐
yıram. Mariyanın beynindəsə ayrı fikirlər dolaşırdı. Həmişə