Page 179 - heynrix
P. 179
İ ROMAN

müəllim idi, müharibədən sonra dərs dediyi məktəbə direktor BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
göndərmək istəmişdilər, amma getməmişdi. Hətta ona nazir
vəzifəsi təklif edən də tapılmışdı. Kişi hirslənib demişdi: 179

– Mən müəlliməm, müəllim kimi də qalmaq istəyirəm.
İrigövdəli, sakit bir adamdı. Dərsi bir az darıxdırıcı keçirdi.
Bir dəfə bizim alman dili müəllimini əvəz eləyəndə gənc və
gözəl supərisi haqqında şeir oxudu.
Əslində, məktəb haqqındakı mülahizələrimin heç biri
inandırıcı deyil. Məni məktəbdə icbari təhsil illərindən artıq
saxlamaq, sadəcə olaraq, ağılsızlıq idi. Sözün düzü, hələ o
icbari illər də artıq şey idi. Ancaq məktəb məsələsində
müəllimlərdən çox, valideynlərimi günahlandırardım. “Ən azı,
kamal attestatı almaq lazımdır” müddəası ilə məşğul olmaq
“İrqi Ziddiyyətləri Barışdırma Cəmiyyəti”nin Mərkəzi
Komitəsinin işidir. Bu, doğrudan da, irqi məsələdir. Kamal
attestatı alanlar, kamal attestatı almayanlar, müəllimlər, baş
müəllimlər, diplomlular, diplomsuzlar... – hamısı irqi
ayrıseçkilikdir.
Tsüpfnerin atası şeiri oxuyub qurtarandan sonra bir neçə
dəqiqə gözlədi, nəhayət, təbəssümlə soruşdu:
– Hə, kimin sözü var?
Tez ayağa durub dedim:
– Mənə elə gəlir ki, gözəl şeirdir.
Tsüpfnerin atasından başqa, bütün sinif güldü. O isə
yalnız gülümsədi. Ancaq bu təbəssümdə təkəbbür əlaməti hiss
olunmurdu. Mənə elə gəldi ki, kişi çox nəcib adamdır, amma
bir az qurudur. Oğluna o qədər bələdliyim yox idi, lakin atasına
nisbətən yaxşı tanıyırdım. Bir dəfə idman meydançasının
yanından keçəndə gördüm ki, Tsüpfner uşaqlarla futbol
oynayır. Dayanıb onlara tamaşa etdiyimi sezəndə dedi:
– Oynamaq istəyirsən?
O dəqiqə “hə” deyib meydançaya girdim, Tsüpfnerin
rəqibləri tərəfində sol kənar yarımmüdafiəçisi yerini tutdum.
Oyundan sonra dedi:
– Bizimlə gedirsən?
   174   175   176   177   178   179   180   181   182   183   184