Page 176 - heynrix
P. 176
HAYNRİX BÖLL
– Niyə zəng vurduğunu bilirəm... Eşitdiyimə görə,
vəziyyətin yenə pisdir. Deyirlər, işin düz gətirmir...
– Doğrudan? Yəqin, qorxursan ki, sizdən pul istəyərəm.
Qorxma, ana. Onsuz da, heç nə verən deyilsiniz. Məhkəmə
yolu ilə alacam. Mənə indi pul çox lazımdır. Amerikaya getmək
istəyirəm. Bir nəfər yaxşı iş yeri söz verib. Yeri gəlmişkən,
“amerikalı yanki”dir... Ancaq çalışacam ki, aramızda irqi
ziddiyyət yaranmasın.
Hiss etdim ki, daha ağlamaq fikrində deyil. Mən dəstəyi
asana qədər hansı prinsipdənsə danışmağa başladı. Həmişə
olduğu kimi, bu dəfə də ondan ətir iyi gəlmirdi. Onun həyat
prinsiplərindən biri də bu idi: “Yüksək cəmiyyətin xanımından
ətir iyi gəlməməlidir!” Bəlkə də, elə buna görə atam özünə
qəşəng bir məşuqə tapmışdı. Düzdür, o da heç vaxt ətirlən‐
mirdi, ancaq görünüşündən həmişə xoş ətir yayılardı...
VI
176 Əlimə keçən yastıqları başımın altına yığdım, yaralı qıçımı
bir az yuxarı qoydum, telefonu yaxına çəkdim. Yenə
ürəyimdən keçdi ki, durub mətbəxə gedəm, soyuducunu açıb
oradakı konyakı götürəm...
“İşin düz gətirmir” kəlmələri anamın dilində çox məkrli
səsləndi. Hətta sevindiyini gizlətməyə də çalışmadı. Mən də
sadəlövhlüklə fikirləşirdim ki, başıma gələnləri Bonnda heç kəs
bilməz. Əgər anam bilirdisə, deməli, atamın da xəbəri vardı.
O da Leoya demiş olardı. Öz növbəsində, Leo Tsüpfnerə,
Tsüpfner də bütün dərnək üzvlərinə və Mariyaya... çatdırmış
olardı. Mariya məndən çox əzab çəkəcək. İçkinin daşını ata
bilsəm, agentim Tsonererin dediyi kimi, “orta səviyyədən xeyli
yuxarıda olan mərhələyə çata bilərdim”. Ömrümün qalan
iyirmi iki ilini “dalğalar qoynuna” çatdırmaq üçün bu bəs elə‐
yərdi. Tsonerer məndəki “böyük sənətkarlıq imkanları”nı
həmişə yüksək qiymətləndirir. Sənətkarlıq məsələlərindən
başı çıxır və yaxşı bilir ki, mən otuz‐qırx mark ilə hələ iyirmi il
də keçinərəm. Mariya isə başqa cür fikirləşir. Mənim “sənət