Page 167 - heynrix
P. 167
İKİ ROMAN

Müqəddəs alman torpağına göstərilən bu qayğı mənə BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
çox gülünc görünür. Ən çox da onun qoynundakı kömür
mədənlərinin xeyli hissəsinin iki nəsildən bəri mənim 167
valideynlərimin əlində olduğunu fikirləşəndə... Düz yetmiş ildir
Şnirlər ailəsi onun bağrını deşik‐deşik eləyir, müqəddəs alman
torpağı da buna dözür. Kəndlər, meşələr, qəsrlər ekska‐
vatorların mancanaqları altında Yerexona divarları kimi uçub
dağılır...

Yalnız bir neçə gün keçəndən sonra “amerikalı yankilər”
sözünün məşhur ixtiraçısının kim olduğunu öyrəndim. Sən
demə, özümün “Yunqfolk”1 təşkilatındakı “Fürer”im – on dörd
yaşlı Herbert Kalik imiş! Anam o vaxt böyük bir ürəkaçıqlığı ilə
bağımızı onun ixtiyarına vermişdi ki, bizə əl qumbarası ilə
tankları necə partlatmağı öyrətsin. Səkkiz yaşlı qardaşım Leo
da bizimlə bir yerdə “dərs alırdı”. Bir dəfə gördüm ki, çiynində
yalançı qumbara ilə dolu torba tennis meydançasından keçir.
Sifətində yalnız balaca uşaqlara xas olan bir ciddilik vardı.
Saxlayıb soruşdum:

– Sən burada neyləyirsən?
O, dəhşətli bir ciddiliklə cavab verdi:
– “Vervolf”a2 yazılacam. Bəs sən yazılmayacaqsan?
– Əlbəttə, yazılacam, – deyib onunla birlikdə nişangaha
tərəf getdim. Herbert Kalik orada uşaqlara uzaq Sileziyada üç
rus tankını partlatdığı üçün I dərəcəli Dəmir Xaç ordeni almış
on yaşlı bir oğlandan danışırdı. Kimsə həmin qəhrəmanın adını
soruşanda dedim:
– Rübetsaal!3
Herbert Kalik sapsarı saraldı:
– Əclaf. Satqın!
Əyilib yerdən bir xışma qum götürüb üzünə atdım. Uşaq‐
ların hamısı üstümə töküldü. Yalnız Leo qarışmadı. Ağlasa da,
mənə qahmar çıxmadı.

1 Yunqfolk – faşist Almaniyasında gənclər təşkilatı
2 Vervolf – faşist Almaniyasında gənclərin müdafiə dəstəsi
3 Rübetsaal – alman nağıllarının populyar qəhrəmanı
   162   163   164   165   166   167   168   169   170   171   172