Page 160 - heynrix
P. 160
HAYNRİX BÖLL
anadangəlmə monoqamam. Kişilərin müxtəlif qadınlarla
gördükləri işi mən yalnız bircə qadınla görə bilirəm. Həmin
qadın Mariyadır, o da gedəndən sonra rahib kimi yaşayıram.
Əslində isə, rahib deyiləm. Hətta bir dəfə ağlıma gəlmişdi ki,
kəndə gedim, o vaxtlar oxuduğum məktəbin keşişlərindən
məsləhət alım. Ancaq o qoçaqların da hamısı insanı poliqamik
varlıq hesab edir (elə buna görə var gücləri ilə təkarvadlılığı
müdafiə edirlər). Deməli, məni ağıldankəm hesab eləyəcəklər,
verdikləri məsləhət də bu olacaq ki, uzaq‐uzaq ellərə səfərə
çıx. Elə bilirlər, oralarda məhəbbəti pulla satın almaq olar. Bu
xristianlara hərdən lap məəttəl qalıram. Məsələn, elə
Kostertin özünə… Ancaq katoliklər məni daha mat qoya
bilmirlər. Onlara həmişə böyük rəğbət bəsləmişəm. Hətta
Mariya məni dörd il qabaq ilk dəfə “Mütərəqqi katoliklər
dərnəyi”nə aparandan sonra da fikrimi dəyişmədim... Mariya
çalışırdı ki, məni ziyalı katoliklərlə tanış eləsin. Əlbəttə, dilinə
gətirməsə də, ürəyindən keçirdi ki, nə vaxtsa mən də bu
160 təriqəti qəbul edim (bu, bütün katoliklərin ürəyindən keçir).
Ancaq elə ilk dəqiqələrdən dəhşətə gəldim. Həmin günlərdə
bir təlxək kimi inkişafımın ən çətin mərhələsini keçirdim. İyirmi
iki yaşım hələ tamam olmamışdı və bütün günü məşq edirdim.
Həmin gün çox yorulmuşdum, ona görə də dərnəyə gedəcə‐
yimizi eşidəndə yaman sevindim. Elə bildim şənlik məclisi qu‐
rulacaq, yaxşı yemək‐içmək, bəlkə, rəqs də olacaq (onda
vəziyyətimiz çox ağır idi, nə şərab tapırdıq, nə yaxşı yemək).
Ancaq verdikləri şərab içiləsi olmadı və mənə elə gəldi ki,
cansıxıcı bir professorun sosiologiyadan apardığı seminar
məşğələsində oturmuşam. Buna yorucu demək az idi, tama‐
milə lazımsız, son dərəcə üzücü bir işdi. Əvvəlcə ibadətə
başladılar və həmin anda əllərimi hara qoyacağımı, üzümü
hansı tərəfə döndərəcəyimi bilmədim. Adicə “Ulu əcdadımız”,
“Müqəddəs Məryəm” dualarını oxusalar, dərd yarıydı (əslində,
bunlardan da xoşum gəlmirdi, çünki protestant ailəsində
tərbiyə aldığım üçün istədiyim vaxt, istədiyim şəkildə dua
etməyi öyrənmişdim). Yox, Kinkelin tərtib etdiyi məramnamə