Page 185 - heynrix
P. 185
İ ROMAN

törətdiyi dəhşətli qırğınları xatırlayırdım. Məktəbdə “Nibe‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
lunqlar nəğməsi”ni keçəndə ayağa durub tərbiyəçimiz Yuni‐
balda demişdim: “Əslində, Brunhilde Ziqfridin arvadı idi”. O 185
da cavab vermişdi: “Ancaq Krimhilde ilə evlənmişdi, oğlum”.
Onda bərk hirslənib demişdim ki, bu lap "keşişsayağı" izahat
oldu. Vunibald da əsəbiləşmiş, öz nüfuzuna arxalanaraq “bu
cür təhqirləri” qadağan etmişdi.

Ayağa durub qıza dedim:
– Yaxşı, ağlama...
Ağlamağı kəsib, yaş axan yerləri təzədən kirşanladı. İçəri
girməmişdən qabaq dəhlizdəki pəncərənin önündə dayanıb
küçəyə baxdıq: yanvar ayı, yaş küçə, asfaltın üzərinə düşən
sarımtıl işıqlar, qarşıdakı tərəvəz mağazasının üstündəki yaşıl
rəngli reklam yazısı... Emil Şmitsi tanıyırdım, ancaq adının Emil
olduğunu bilmirdim. Mənə elə gəldi ki, Emil adı Şmits soya‐
dına heç yaraşmır. Mariyanın otağına girməzdən əvvəl qapını
azacıq aralayıb işığı söndürdüm.
Atası evə qayıdanda hələ yatmamışdıq. Saat on bir olardı.
Kişi yuxarı qalxmazdan əvvəl dükana girib siqaret götürdü,
ikimizə də elə gəldi ki, o, nəsə duyub. Axı çox dəhşətli bir
hadisə baş vermişdi. Ancaq heç nə hiss eləmədi, yalnız bircə
anlığa qapını dinşəyib yuxarı qalxdı. Ayaqqabılarını çıxarıb,
döşəmənin üstünə tulladı, bir az keçəndən sonra yuxuda
öskürməyə başladı. Fikirləşdim ki, görəsən, bu işə necə baxa‐
caq... O daha dindar deyildi, çoxdandı kilsəyə də getmirdi.
Yanımda tez‐tez “burjua cəmiyyətinin saxta seksual əxlaq
normaları”nı pisləyir, “kişilərin nikahı fırıldağa çevirdiyindən”
şikayətlənirdi. Ancaq inanmırdım ki, Mariya ilə gördüyüm “iş”i
sakit qarşılaya... Biz bir‐birimizi çox istəyirdik və qəflətən
ağlıma gəldi ki, gecənin yarısı durub onun otağına gedim, hər
şeyi açıb danışım. Ancaq yadıma düşdü ki, mən daha uşaq
deyiləm, iyirmi bir yaşım var, Mariyanın da yaşı çatır, on doq‐
quzun içindədir. Bundan əlavə, bəzi hallarda kişi kimi hər şeyi
boynuna almaqdansa, susmaq daha yaxşıdır. Bir də fikirləşdim
ki, bu hadisə ona mən düşündüyüm qədər də təsir eləməz.
   180   181   182   183   184   185   186   187   188   189   190