Page 186 - heynrix
P. 186
HAYNRİX BÖLL
Axı günün günortaçağı yanına gedib deyə bilməzdim ki, cənab
Derkum, bu gecə sizin qızınızla yatmaq istəyirəm. Eybi yox,
özü xəbər tutacaq...
Bir az keçəndən sonra Mariya durdu, qaranlıqda məni
öpüb, mələfəni döşəyin üstündən götürdü. Otaqda göz gözü
görmürdü. Qalın pərdələri çəkdiymiz üçün içəri işıq düşmürdü.
Fikirləşdim ki, görəsən, Mariya indi nə etmək lazım olduğunu
haradan bilir... Mələfəni götürdü, pəncərəni açıb pıçıltı ilə
dedi:
– Mən vanna otağına gedirəm, sən də burada yuyun.
Qaranlıqda əlimdən tutub məni əlüzyuyanın yanına
apardı, dolçanın, sabunun, ləyənin yerini göstərdi, sonra
döşəkağını da qoltuğuna vurub bayıra çıxdı. Yuyunub təzədən
yerimə girdim. Mariyanın təmiz mələfəni niyə belə gec
gətirdiyinə təəccübləndim. Yaman yorulmuşdum və sevinir‐
dim ki, heç bir qorxu hissi keçirmədən o lənətə gəlmiş Qünter
barədə düşünə bilirəm. Sonra qorxmağa başladım; bəlkə,
186 Mariyaya nəsə olmuşdu? İnternatda bununla bağlı elə dəhşətli
hadisələr danışırdılar ki...
Mələfəsiz döşəyin üstündə özümü çox narahat hiss
edirdim. Döşək lap köhnə idi, tamam üzülmüşdü. Əynimdə
bircə alt köynəyi olduğu üçün donurdum. Yenə Mariyanın atası
barədə düşünməyə başladım. Hamı onu kommunist hesab
eləyirdi. Ancaq müharibədən sonra burqomister vəzifəsinə
seçiləndə kommunistlər mane oldular. Mən hər dəfə
kommunistləri nasistlərlə müqayisə etməyə başlayanda
hirslənir və deyirdi: “Oğlum, maye sabun hazırlayan bir
firmanın başladığı müharibədə ölməklə öz əqidəsi uğrunda
ölməyin fərqi var”.
Hələ indiyəcən onun kim olduğunu dəqiq bilmirəm. Bir
dəfə Kinkel mənim yanımda onu “dahi bir dəstəbaz” adlan‐
dıranda, az qaldı, üzünə tüpürəm. Mənim hörmət bəslədiyim
iki‐üç kişidən biri məhz qoca Derkum idi. Arıq, ciddi adamdı,
yaşından qoca görünürdü. Çox siqaret çəkdiyindən sinəsi
xışıldayırdı. Mariyanı gözləyəndə gördüm ki, öskürəyi ara ver‐