Page 203 - heynrix
P. 203
İ ROMAN
– Haqlısınız, cənab Derkum... BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Əlini masaya vurub başını qaldırdı, eynəyinin üstündən
mənə baxıb dedi: 203
– Lənət şeytana, mütləq belə eləmək lazım idi? Özü də
bütün qonşuların gözü qabağında?!
Nə yaxşı ki, bu işin özündən narazı deyildi və sözünə
namus məsələsindən başladı.
– Mütləq lazım idi? Özün bilirsən ki, o lənətə gəlmiş
imtahanların xatirinə hər zülmə qatlaşırdıq. Ancaq indi hamısı
hədər getdi... – yumruqlarını düyünlədi, sonra onları elə açdı
ki, deyərdin, əlində quş vardı, havaya buraxdı.
– Mariya haradadır? – soruşdum.
– Getdi... Kölnə getdi...
– Haradadır? – bu dəfə qışqırdım. – Harada?
– Sakit ol, deyəcəm. Bilirəm, indi başlayacaqsan
məhəbbətdən, evlənməkdən dəm vurmağa... Lazım deyil...
Hamısı qalsın özünə... İndisə çıx get... Heç bilmirəm, sənin
axırın necə olacaq... Get!
Yanından keçib‐getməyə qorxurdum.
– Bəs ünvanı? – soruşdum.
– Budur, – deyib masanın üstünə bir kağız parçası qoydu.
Tez götürüb cibimə dürtdüm.
– Özgə nə istəyirsən? – səsini qaldırdı. – Özgə nə
istəyirsən? İndi kimi gözləyirsən?
– Pulum yoxdur, – dedim və qəflətən güldüyünü görəndə
sevindim. Çox qəribə gülüş idi: sərt, qəzəbli... Bir dəfə atam
barəsində danışanda da belə gülmüşdü.
– Hə, pul... Zarafata bax... Yaxşı, gəl... – Pencəyimin qo‐
lundan tutub məni dükana tərəf dartdı, piştaxtanın arxasına
keçib kassanın gözünü açdı, xırda pulları ovuclayıb qabağıma
tökdü. Pfenniqlər qəzetlərin, dəftərlərin arasına dağıldı.
Əvvəlcə tərəddüd etdim, sonra onları yavaş‐yavaş yığışdır‐
mağa başladım. Əvvəlcə ovuclayıb cibimə tökmək istədim,
ancaq bu fikirdən vaz keçdim, bircə‐bircə götürüb saydım, bir
mark düzələn kimi cibimə qoydum. Bunu görən qoca başını