Page 220 - heynrix
P. 220
HAYNRİX BÖLL
– Hara?
– Bonna... Bonndakı ünvanıma...
– Məgər siz Bonndasınız? – Mənə elə gəldi ki, özünü
“İlahi, bir buna bax!” deməkdən güclə saxladı.
– Hələlik! – dedim. – Göstərdiyiniz xeyirxahlığa görə də
təşəkkür edirəm.
Onunla bu cür sərt danışdığıma peşman oldum. Ancaq
neyləyim, dözə bilmədim. Mətbəxə keçib, konyakı soyuducu‐
dan götürdüm. Bir qurtum içdim, təsiri olmadı. Birini də içdim,
yenə xeyri dəymədi. Ağlıma gəlməzdi ki, Fredeboyl da məndən
üz döndərər. Elə bilirdim, nikah məsələləri barədə uzun‐uzadı
mühazirəyə başlayacaq, Mariyaya niyə elə davrandığım üçün
məni qınayacaq. Hərdən o da yamanca ehkamçı olur,
dediyindən dönmürdü, lakin bu, onda yaxşı alınırdı. Bonna
qayıdan kimi həmişə ona zəng vururdum. Zarafatla deyirdi ki,
gəlim mətbəxdə ona kömək eləyim, uşaqları oynadım. Ya onu
yaxşı tanımamışdım, ya da, olsun ki, hamilə idi, özünü pis hiss
220 edirdi. Məsələni öyrənmək üçün təzədən zəng vurmağa
cəsarət eləmədim. Axı mənə qarşı həmişə mehriban olmuşdu.
Çox güman ki, məni başından eləmək üçün Fredeboyl ona
“dəqiq tapşırıq” vermişdi. Son vaxtlar tez‐tez şahidi olurdum
ki, bəzi qadınların öz ərlərinə sadiqliyi onları dəlilik dərəcəsinə
çatdırır. Fredeboyl hələ çox cavan idi, bu cür soyuqluğu ilə
məni nə vəziyyətə saldığını hiss etməzdi, mən də heç vaxt ona
başa sala bilməzdim ki, əri çərənçidir, külək hansı səmtə əssə,
ora dönəndir, mənsəbpərəstdir, bu yolda hətta nənəsini də
“qurban verməyə” hazırdır. Çox güman ki, arvadına demişdi:
“Şnirlə əlaqəni kəsmək lazımdır”. Vəssalam. O da, sadəcə
olaraq, mənimlə əlaqəni kəsdi. Ərinə çox sadiqdi və nə qədər
ki Fredeboyl məni yararlı adam hesab eləyirdi, arvadı da öz
təbiətinə uyğun olaraq mehribanlıq göstərirdi. Ancaq indi
özünün əleyhinə gedib mənimlə kobud rəftar etməli idi. Bəlkə,
onlara qarşı haqsız olmuşdum və indi ikisi də vicdanlarının
hökmü ilə belə hərəkət edirdilər. Əgər Tsüpfnerlə evlən‐
mişdisə, məni təzədən Mariya ilə calaşdırmaq onlar üçün