Page 225 - heynrix
P. 225
İ ROMAN
gəlir, sanki onları haradasa oxumuşam. Kinkel heyran‐heyran BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
ona baxır, Zommervild isə yan‐yörəsinə boylanır, göz‐qaşla
deyirdi: “Görürsünüzmü, biz katoliklər də papağımızı günə 225
yandırmırıq”. Bütün bunların hamısı ibadətə qədər oldu,
Kinkel araya girdi:
– Odilo, zənnimcə, ibadətə başlamaq olar. Deyəsən,
Heribert bu axşam gəlməyəcək.
Hamısı dönüb Mariyaya baxdı, tezcə də bir nəfər kimi
gözlərini çəkdilər. Onda nə üçün araya dözülməz sükut
çökdüyünün səbəbini anlamadım. Yalnız Hannoferdəki meh‐
manxanada qəflətən başa düşdüm ki, Tsüpfnerin adı Heribert
imiş. O, ibadətdən sonra da olsa, gəlib çıxdı. Artıq müzakirə‐
lərin qızğın çağı idi. Tsüpfner içəri girən kimi Mariyanın ayağa
durması, ona tərəf getməsi, qeyri‐müəyyən tərzdə çiyinlərini
çəkməsi xoşuma gəldi. Tsüpfner hamı ilə təbəssümlə görüşüb,
mənim yanımda oturdu. Sonra Zommervild uzun müddət
ərindən boşanmış bir qadınla yaşayan katolik yazıçının başına
gələn hadisəni danışdı. Yazıçı həmin qadınla evlənəndə
görkəmli prelatlardan biri deyib: “Əzizim Bezevits, doğrudan‐
mı, nikahsız yaşaya bilmədiniz?” Hamısı bu əhvalata ürəkdən
güldü. Kinkelin gülüşü isə lap şit çıxdı. Yalnız Tsüpfner gülmədi,
buna görə də ondan xoşum gəldi. Heç Mariya da gülmədi. Çox
güman ki, Zommervild bu əhvalatı katoliklərin incə, xeyirxah,
mərhəmətli, məzəli, hərtərəfli olduqlarını mənə göstərmək
üçün danışdı. Ağıllarına gəlmədi ki, mən də Mariya ilə nikahsız
yaşayıram. Ona görə yaxın qonşumuz olan bir fəhlənin başına
gələn əhvalatı da mən danışdım. Adı Frelinqen idi, qəsəbədəki
balaca daxmasında ərindən boşanmış bir qadınla yaşayır,
hətta onun üç uşağını da dolandırırdı. Bir gün keşiş gəlib onu
hədələyir ki, “bu əxlaqsızlığa son qoysun”. Son dərəcə dindar
olan Frelinq də qəşəng qadını üç uşağı ilə evindən qovur... Onu
da dedim ki, qadın uşaqlarını saxlamaq üçün fahişəliyə
başladı, Frelinq isə ayrılığa dözə bilməyib içkiyə qurşandı.
Araya yenə dözülməz bir sükut çökdü. Mən danışandan sonra
həmişə belə olurdu. Nəhayət, Zommervild gülə‐gülə dedi: