Page 226 - heynrix
P. 226
HAYNRİX BÖLL

– Ancaq mənə elə gəlir ki, cənab Şnir, siz bu əhvalatları
müqayisə etmək fikrində deyilsiniz?!

– Niyə ki?
– Onda, deməli, Bezevitsin kim olduğunu bilmirsiniz, –
Zommervild əsəbiləşdi. – Xristian yazıçıları içində ən
həssasıdır.
Mən də hirsləndim:
– Əgər bilsəydiniz ki, Frelinq necə həssas idi... Əsl xristian
fəhləsi idi...
O, başını bulaya‐bulaya üzümə baxıb əlini yellədi. Araya
çökən sükutu Monika Zilvesin öskürməyi pozdu. Ancaq Frede‐
boyl olan yerdə ev sahibinin sükutdan qorxmağa haqqı yoxdu.
Ani fasilədən istifadə edərək hamını görüşün mövzusuna
qaytardı, təxminən yarım saat “kasıblıq” məfhumunun nisbi‐
liyindən danışdı, bununla da, Kinkelə beş yüz markdan üç min
marka qədər məvacib alan kişinin düşdüyü çətin vəziyyət
haqqındakı lətifəni danışmağa imkan yaratdı. Həmin anda
226 Tsüpfner qızardığını tüstü arxasında gizlətmək üçün məndən
siqaret istədi...
Axırıncı qatarla Kölnə qayıdanda Mariya kimi mənim də
ürəyim ağrıyırdı. Yolpulunu güclə düzəltmişdik. Mariya çox
çalışırdı ki, bu görüşə gedək. Oradakı qonaqlıq bizə fiziki
cəhətdən də zərbə oldu, çünki belə az yeməyə, çox içməyə
öyrəşməmişdik. Səfər bizə çox uzun görsənmişdi. Köln‐Vest
stansiyasında düşəndən sonra evə qədər piyada getməli
olduq. Tramvaya verməyə pulumuz qalmamışdı...

***
Kinkelin evində dəstəyi o dəqiqə götürdülər. Qətiyyətli
bir oğlan səsi eşidildi:
– Alfred Kinkel eşidir.
– Danışan Şnirdir, – dedim, – atanızı olarmı?
– Keşiş Şnir, yoxsa təlxək Şnir?
– Təlxək Şnir.
– Ah, mənə elə gəlir ki, çox da ürəyinizə salmazsınız, elə
deyilmi?
   221   222   223   224   225   226   227   228   229   230   231