Page 228 - heynrix
P. 228
HAYNRİX BÖLL
əclaf yadıma düşdü. Deyəsən, dünən axşam telefondan asıla
qalıb, məqaləsini diktə eləyib. Ancaq səhər‐səhər gəlib
qapımın ağzında kötək yemiş köpək kimi zingildəyir, özünü din
qardaşım kimi qələmə verirdi.
Çox güman ki, Kinkel, sözün əsl mənasında, cırmaq‐
cırmağa çıxmışdı, telefona gəlmək istəmirdi (iç otaqdakı səs‐
küyün, dava‐dalaşın mənasını yenicə anladım). Arvadı ondan
da betər hirslənmişdi. Ancaq oğlu təzədən qayıdıb yanıldığını,
atasının evdə olmadığını demək istəmirdi. Qəflətən sükut
çökdü. Sanki qan gördülər. Doğrudan da, qanlı sükut idi. Sonra
kimsə ayağını sürüyə‐sürüyə telefona yaxınlaşıb dəstəyi
götürdü. Elə bildim, onu yerinə qoyacaq. Kinkelin mənzilində
telefonun harada olduğu dəqiq yadımdaydı: barokko üs‐
lubunda çəkilmiş üç madonna şəklinin altına qoyulmuşdu.
Kinkel həmişə deyirdi ki, ucuz şəkillərdir. Dəstəyi assa,
daha yaxşı olardı. Ona yazığım gəldi. Mənimlə danışmaq onun
üçün indi əsl dəhşət idi. Özüm də bu danışıqdan heç nə
228 gözləmirdim. Nə pul, nə də yaxşı bir məsləhət... Əgər nəfəsi
tutula‐tutula danışsaydı, ona daha çox yazığım gələrdi. Ancaq
səsi həmişəkindən də quru, həmişəkindən də gümrah çıxdı.
Bir dəfə kimsə onun səsini kərənayçı dəstəsi ilə müqayisə
eləmişdi.
– Salam, Şnir, – səs guruldadı, – çox şadam ki, zəng vurub‐
sunuz.
– Salam, doktor, – dedim, – çox çətin vəziyyətə düş‐
müşəm.
Sözlərimin yalnız biri – “doktor” sözü məkrli idi. Çünki o
da atam kimi doktorluq rütbəsini təzəcə “çırpışdırmışdı”.
– Şnir, məgər bizim münasibətimiz mənə “cənab doktor”
kimi müraciət etməyinizə əsas verir?
– Münasibətimizin nə səviyyədə olduğunu bilmirəm, –
dedim.
Şaqqanaq çəkib güldü. Lap əsl katoliklər kimi, ürəkdən,
“barokko məsumluğu” ilə güldü.
– Sizə qarşı olan xoş münasibətim hələ də dəyişməyib.