Page 222 - heynrix
P. 222
HAYNRİX BÖLL

Elə birinci dəfə onlara qonaq gedəndə peşman olduq.
Vaxtından tez gəlmişdik. Gördük ki, iç otaqların hansındasa
Kinkelin uşaqları axşam yeməyindən sonra masanı kimin
yığışdıracağı barədə ucadan mübahisə edirlər. Kimsə pıçıltı ilə
onları sakitləşdirməyə çalışırdı. Nəhayət, Kinkel gəldi. Üzündə
təbəssüm vardı, ağzında nəsə çeynəyirdi. Bizim tez gəlmə‐
yimizdən əsəbiləşdiyini çətinliklə də olsa, gizlədə bildi. Sonra
Zommervild göründü. O heç nə çeynəmirdi, irişə‐irişə əllərini
silirdi. Uşaqların çığırtısı getdikcə güclənir, boğuşmaları nə
Kinkelin təbəssümünə, nə də Zommervildin gülüşünə uyğun
gəlmirdi. Sonra şapalaq səsi eşidildi, hiss etdim ki, kip bağ‐
lanmış qapıların arxasında gedən boğuşma getdikcə qızışır.
Mariyanın yanında oturmuşdum, iç otaqdakı çığır‐bağırdan
elə əsəbiləşmişdim ki, siqareti siqaretə calayırdım. Həmin vaxt
Zommervild özünün məşhur “güzəştə getməyi bacaran mənalı
təbəssümü” ilə Mariyanı söhbətə tutmuşdu. Qaçaq düşdü‐
yümüz vaxtdan bəri bu, bizim Bonna ilk gəlişimiz idi. Həm
222 həyəcandan, həm ona göstərilən ehtiramdan qürur duyan
Mariyanın rəngi qaçmışdı. Onu yaxşı başa düşürdüm. Təzədən
“kilsə ilə barışdığına” sevinirdi, Zommervild də ona mehri‐
banlıq göstərirdi. İkisi də qızın sitayiş etdiyi adamlardan idi.
Məni Zommervildə təqdim etdi və biz təzədən oturanda prelat
dedi:

– Kömür mədənlərinin sahibi Şnirlərə qohumluğunuz
çatır?

Bu sual məni bərk əsəbiləşdirdi. Axı kimin qohumu
olduğumu lap yaxşı bilirdi. Hətta Bonndakı uşaqlar da bilirdilər
ki, “çox dindar olan” Mariya Derkum “buraxılış imtahanına lap
azca qalanda” kömür mədənlərinin sahibi Şnirlərdən birinə
qoşulub qaçıb. Zommervildin sualını cavabsız buraxdım. O
gülüb dedi:

– Babanızla hərdən ova gedirəm, cənab atanızla da
Bonndakı “Kişilər ittifaqı”nda kart oynayırıq.

Buna da hirsləndim. Axı Zommervild o dərəcədə axmaq
deyildi ki, “ov”, yaxud “Kişilər ittifaqı” kimi mənasız söhbətlərlə
   217   218   219   220   221   222   223   224   225   226   227