Page 234 - heynrix
P. 234
HAYNRİX BÖLL

həmətli qadınlardır, onları da kinoya çəkmirlər. On altı
yaşınadək olan uşaqların buraxıldığı filmlərin özü də çox vaxt
fahişələrlə dolu olur. Heç vaxt başa düşə bilmədim ki,
uşaqların bu cür filmlərə baxmasına icazə verən senzura bu
haqda nə fikirləşir. Buradakı qadınlar ya təbiətən fahişə olur,
ya da ictimai həyat onları buna məcbur edir. Demək olar ki,
heç birində mərhəmət deyilən şey yoxdur. Bir də görürsən ki,
cavan, qəşəng, sarışın qızlar uzaq Avropa kafelərinin birində
kankan oynayır, kobud kovboylar, qızılaxtaranlar, düz iki il
yırtıcı heyvanlardan başqa heç nə görməyən ovçular da
gözlərini onlardan çəkmir. Sonra bu kovboylar, qızılaxtaranlar,
ovçular həmin qızların arxasınca düşür, onlarla getmək
istəyirlər. Çox vaxt da qapı üzlərinə çırpılır və ya içəridən bir
heyvərə çıxıb onları şil‐küt edir. Mənə elə gəlir ki, bununla öz
comərdliklərini göstərmək istəyirlər. Əslində, mərhəmətin
yeganə insani hiss olacağı yerdə qəddarlıq eləyirlər. Təəccüblü
deyil ki, bu zavallı heyvanlar bir‐birini əzişdirməyə, bir‐birinə
234 güllə atmağa başlayırlar. Bu da bizim internatdakı futbol oyu‐
nuna bənzəyir. Fərqi ondadır ki, bunlar yaşlı kişilərdir, ona görə
də qəddarlıq eləyirlər. Mən Amerikanın əxlaq qanunlarını başa
düşə bilmirəm. Hərdən fikirləşirəm ki, bu işi pula, yaxud
ehtirasını söndürməyə görə deyil, sadəcə olaraq, kişilərə yazığı
gəldiyi üçün eləyən oradakı mərhəmətli bir qadını cadugər
adlandırıb tonqala atarlar.

Sənətkarlar haqqında çəkilən filmlərdən də zəhləm gedir.
Bunları, adətən, elə adamlar çəkir ki, Van Qoqun əsərinə bir
qutu tütün verməyə əlləri gəlmir, yarımca qutu verirlər, hələ
sonra peşmançılıq çəkirlər ki, azacıq dirənsələr, bir qəlyanlıq
tütünə də ala bilərdilər. Bu filmlərdə sənətkar qəlbinin
iztirablarını, onun düşdüyü çətin vəziyyətləri, şər qüvvələrlə
mübarizəsini keçmişdəkilərə aid edirlər. İndiki dövrdə yaşayıb,
özünə siqaret, arvadına ayaqqabı almağa pul tapmayan
sənətkar bu rejissorları maraqlandırmır, çünki üç nəsil
boşboğaz indikinin dahiliyini təsdiq etməyib. Rejissor üçün bir
nəsil boşboğazın dediyi kifayət eləmir. Hələ adını da “sənətkar
   229   230   231   232   233   234   235   236   237   238   239