Page 236 - heynrix
P. 236
HAYNRİX BÖLL

üzlərinin ifadəsi, xüsusi əda ilə siqaret çəkmələri məni dəli
eləyir, çünki bu hislər mənə çox yaxşı tanışdır və nə qədər
çəkəcəyini bildiyim üçün onlara paxıllığım tutur. Hərdən
təlxəyin də boş vaxtı olur, yerini rahatlayıb, siqaret çəkə‐çəkə
“asudə vaxt”dan ləzzət alır. Məzuniyyət deyilən şey də adamın
axırına çıxır. Ancaq çoxları üç, dörd, altı həftə ondan ləzzətlə
istifadə edir. Mariya bir‐iki dəfə bu hisləri məndə də oyatmağa
çalışmışdı. Onda gah dənizə, gah kurorta, gah da dağlara
gedirdik. Ancaq səfərimizin ikinci günü xəstələndim. Bütün
bədənim səpdi, ürəyimdən qara qanlar axmağa başladı. Mənə
elə gəlir ki, paxıllıqdan xəstələnmişdim. Sonra Mariyanın
ağlına daha dəhşətli bir fikir gəldi: təklif elədi ki, sənət
adamlarının məzuniyyətlərini keçirdikləri yerə gedək. Əlbəttə,
oradakıların hamısı “yaradıcı adamlar” idi. Elə ilk axşam kino
sənətində tanınan bir yelbeyinlə Trok, Çaplin və Şekspirin
dramlarındakı təlxək obrazları barədə mübahisə edərkən
dalaşdım. Onda nəinki əməlli‐başlı əzişdirildim (bu “yaradıcı
236 adamlar” sənətkarlığa bənzər peşələrlə yaxşı dolandıqları
üçün heç yerdə işləmirlər, ona görə də kələ kimi olurlar), həm
də sarılıq xəstəliyi qazandım. Ancaq bu dəhşətlər yuvasından
aralanan kimi sağaldım.

Məni ən çox narahat edən sərhəd tanımamağım və ya
agentim Tsonererin dediyi kimi, “yığcamlıqdan uzaq olma‐
ğımdır”. Göstərdiyim nömrələrdə pantomimlik, artistizm,
təlxəklik bir‐birinə qarışır, istədiyim vaxt yaxşı Pyera, istədiyim
vaxt da yaxşı təlxək oluram. Nömrələri də tez‐tez dəyişirəm.
Çox güman ki, “Katolik duası”, “Yevangelist duası”, “Nəzarət
şurasının iclası”, “Küçə hərəkəti qaydaları” və sair nömrələ‐
rimdə uzun müddət yaşaya bilərdim. Ancaq hər hansı nömrəni
on, iyirmi dəfə göstərəndən sonra ondan elə bezirəm ki, bir
də görürsən, tamaşanın şirin yerində məni, sözün əsl
mənasında, əsnəmə tutur, çənəmin uyuşuğunu güclə açıram.
Sonra da özümdən bezikirəm. Təsəvvür edəndə ki, otuz il eyni
nömrəni göstərən təlxəklər var, ürəyim əsir, sanki qabağıma
bir kisə un qoyub deyirlər ki, bunu çəngəllə boşaldacaqsan.
   231   232   233   234   235   236   237   238   239   240   241