Page 239 - heynrix
P. 239
İ ROMAN
düşməli olardılar. İncəsənəti, vergini, borcu, bu kimi digər BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
mənasız şeyləri bilməsələr də olardı, ancaq sənətkar təbiətini
başa düşməli idilər. Mariya ilə tez‐tez onun inandığı Allahın da 239
“asudə vaxt”ının olub‐olmaması barədə mübahisə edirdik.
Həmişə də deyirdi ki, var və “Əhdi‐ətiq”i götürüb “xəlq olun‐
ma” hissəsindən aşağıdakı cümləni oxuyurdu: “Və yeddinci
gün Allah istirahət elədi...” Mənsə “Əhdi‐cədid”i göstərib
deyirdim ki, “Əhdi‐ətiq”də Allah istirahətə çıxa bilər, ancaq
“asudə vaxt”ı olan İsa peyğəmbəri heç cürə təsəvvür etmirəm.
Bu sözləri eşidəndə qızarıb deyirdi ki, “asudə vaxt”ı olan İsa
peyğəmbəri təsəvvürə gətirmək də kafirlikdir. O istirahət edib,
ancaq “asudə vaxt”ı, çox güman ki, olmayıb...
Mənim yatışım da heyvan yatışıdır. Çox vaxt yuxu
görmürəm. Hərdən beşcə dəqiqə yatıram, ancaq, mənə elə
gəlir ki, başımı hansı divarınsa deşiyindən içəri salıb əbədi yu‐
xuya getmişdim. Divarın o tayında sonsuz bir qaranlıq tən‐
halıq, əbədi dinclik, bir də Henriettenin raketkanı yerə
salanda, qaşıq əlindən şorbanın içinə düşəndə, əlindəki kart‐
ları qəflətən ocağa atanda haqqında düşündüyü heçlik hökm
sürürdü. Bir dəfə ondan soruşdum ki, bu hala düşəndə nə
fikirləşir. Dedi:
– Doğrudan, bilmirsən?
– Yox.
– Heçlik barədə... Heçlik barədə fikirləşirəm.
Deyəndə ki, axı “heçlik” barədə fikirləşmək olmaz, cavab
verdi:
– Olar... Olar... Həmin anda qəflətən içimdə bir boşluq
hiss edirəm, sərxoş kimi oluram. Az qalıram, ayaqqabılarımı
da, paltarımı da çıxarıb atam, yüngülləşəm.
Sonra da əlavə etdi ki, bu hala düşmək çox ləzzətli olur,
ona görə də həmin anı həsrətlə gözləyir. Ancaq gözləyəndə
heç vaxt gəlmir. Həmişə qəfildən gəlir və əbədiyyətə dönür.
Bir neçə dəfə də məktəbdə bu hala düşmüşdü. Anamın onda
telefonda sinif rəhbəri ilə danışarkən necə əsəbiləşdiyi və
həmin anda dediyi sözlər hələ də yadımdan çıxmır: