Page 243 - heynrix
P. 243
İ ROMAN
qəribə tərzdə özününkülərlə müqayisə edirdi, müqayisənin BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
tərzindən hiss edirdim ki, hər ikisi bir‐birinə dəhşətli dərəcədə
nifrət edir. Blothert hansı cəmiyyətinsə prezidenti idi, həmin 243
vəzifə Kinkelin də ürəyindən keçirdi. Məktəbdə oxuduqları
vaxtdan bir‐birinə “sən” deyə müraciət edirdilər. Blotherti
ikicə dəfə görmüşdüm, ikisində də diksinmişdim. Ortaboy,
sarışın idi, iyirmi beş yaşlı oğlana oxşayırdı. Kiminsə ona
diqqətlə baxdığını görəndə irişirdi. Nəsə demək istəyəndə
dişlərini düz yarım dəqiqə şaqqıldadırdı. Dördcə söz bilirdi,
onun da ikisi “kansler”, “katalon” idi. Yalnız bunları deyəndə
bilinirdi ki, yaşı əllini keçib, özü də gizli eyş‐işrətdən vaxtsız
qocalmış abituriyentə bənzəyir. Bir sözlə, çox qorxulu adam
idi. Bəzən sözə başlayan kimi qıc olurdu, “ka... ka... ka...” deyə
kəkələyirdi, sözün “nsler”, “talon” hissələrini birtəhər gətirənə
kimi ona yazığım gəlirdi. Mariya deyirdi ki, onun “heyrətamiz
intellektual səviyyə”si var. Ancaq mən bunu heç vaxt hiss
etmədim. Yalnız bircə dəfə onun iyirmidən çox söz deyə
bildiyini eşidə bildim. Onda da cəmiyyətdə “ölüm hökmü”
müzakirə olunurdu. O “heç bir qeydsiz, şərtsiz” bu hökmün
tərəfdarı idi, məni də ən çox təəccübləndirən bu oldu ki,
axıracan sözünün üstündə durdu. Ölüm hökmündən
danışanda üz‐gözündən sevinc yağır, “ka...” hecasını kəkələyə‐
kəkələyə qalırdı. Elə bil hər dəfə “ka” dedikcə kiminsə boy‐
nunu vururdu. Hərdən mənə tərəf baxırdı və həmişə də
təəccüblənirdi, sanki özünü: “Heç inanılası deyil!” – deməkdən
güclə saxlayırdı. Ancaq başını bulamaqdan özünü saxlaya
bilmirdi. Mənə elə gəlirdi ki, katolik olmayanlar onun üçün bu
dünyada mövcud deyildi. Fikirləşirdim ki, qanunda "ölüm
hökmü"nə icazə verilsə, katolik olmayanların hamısını dar
ağacına çəkdirər. Ancaq özünün də arvadı, uşağı, telefonu
vardı...
Sonra yenə anama zəng vurmaq istədim. Axı Blotherti
Mariya barədə düşünəndə xatırlamışdım. O da Mariyagilə
gedib‐gələcək, çünki federal ittifaqda işi olurdu. Blothertin də
onların daimi qonağı olacağını təsəvvür edəndə qorxurdum.