Page 246 - heynrix
P. 246
HAYNRİX BÖLL
layırdı: “Dünənki çıxışınız misilsiz alındı”. Bunu sözgəlişi deyir,
çünki çıxışımdan heç xəbəri də olmur. Bəd xəbər vermək
istəyəndə isə deyir: “Bura baxın, Şnir, siz hələ Çaplin
deyilsiniz...” Əlbəttə, bununla demək istəmirdi ki, mən Çaplin
kimi yaxşı təlxək deyiləm. Sadəcə olaraq, onu nəzərdə tuturdu
ki, onun qədər məşhur deyiləm, ona görə də Tsonererə acıq
gələn bir iş tutmağa hələ haqqım çatmır. Ancaq bu gün bəd
xəbər verə bilməyəcək. Həmişə mən tamaşadan imtina
eləyəndə başlayırdı ki, “dünya dağılacaq” – indi isə başlaya
bilməyəcək. Məni bu dəfə “isteriya çıxarmaq”, “imtina etmək”
kimi dəlillərdə də günahlandıra bilməyəcək. Çox güman ki, Of‐
fenbaxdan, Bamberqdən, Nürenberqdən də rədd cavabı
vermişdilər və telefonla ona son günlərdə nə qədər ziyan
vurduğumuzu deyəcəkdi. Telefon isə hələ də zingildəyirdi. Az
qalmışdı, divandakı yastıqlardan birini götürüb onun üstünə
atam. Hamam xalatını geyinib qonaq otağına keçdim, hələ də
zingildəyən telefonun yanında dayandım. Eybi yox,
246 menecerlərin əsəbləri möhkəm, dözümlü olur. Onlar üçün
“sənətkar dünyasının kövrəkliyi” kimi sözlərin “Dortmund pivə
zavodları birliyi” sözlərindən heç bir fərqi yoxdur. Özləri də
dəqiq bilirlər ki, hər hansı vicdansız sənət adamı vicdanlı
menecerdən min dəfə vicdanlıdır. Menecerlərin elə bir silahı
var ki, onlara qarşı vuruşmaq olmur. Onlar yaxşı bilirlər ki,
yaradıcı adam gördüyü işi mütləq görməlidir – başqa cür ola
bilməz. Məsələn, şəkil çəkməlidir, təlxək kimi ölkəni
dolaşmalıdır, mahnı oxumalıdır, daşdan və ya qranitdən nəsə
“əbədi bir heykəl” düzəltməlidir. Sənət adamı qadın kimidir,
sevməkdən başqa, əlindən heç nə gəlmir və qarşısına çıxan
kişi cinsli ilk eşşəyin ağuşuna atılır. Sənət adamı ilə qadını çox
asan istismar etmək olur, hər menecerdə də bir faizdən
doxsan doqquz faizə qədər sutenyorluq xisləti olur. İndiki tele‐
fon zəngi əsl sutenyor zəngi idi. Əlbəttə, Boxumdan nə vaxt
qayıdacağımı Kostertdən öyrənmişdi və dəqiq bilirdi ki, indi
evdəyəm. Xalatın kəmərini bağlayıb dəstəyi götürdüm. Pivə
qoxusu üzümə vurdu.