Page 248 - heynrix
P. 248
HAYNRİX BÖLL
səfehsiniz. Bundan əlavə, sizin sayənizdə həmişə pul qazan‐
maq olar. Uşaqlıq eləməyin, içməyi buraxın.
Haqlı idi. Çox düz deyirdi, doğrudan da, uşaqlıq eləyirdim.
Buna baxmayaraq, cavab verdim:
– Ancaq mənə çox köməyi dəyir.
– Hansı cəhətdən?
– Mənəvi cəhətdən.
– Boş şeydir. Mənəviyyatı araya qatmayın. Əlbəttə,
müqaviləni pozduğuna görə Mayntsı məhkəməyə vermək, işi
də udmaq olar. Ancaq məsləhət görmürəm. Yarımca il fasilə
verək, sonra səni yenə dirildərəm.
– Bəs necə yaşayım?
– Hə... Atanız bir az kömək eləyər.
– Bəs eləməsə?
– Onda özünüzə yaxşı bir rəfiqə tapın ki, sizi saxlasın.
– Bundansa velosipedimə minib kəndbəkənd, şəhərbə‐
şəhər gəzərəm, fokus göstərərəm.
248 – Səhv eləyirsiniz, indi ən uzaq kəndlərdə də, şəhərlərdə
də qəzet oxuyurlar. İndi sizi hər hansı bir “Gənclər İttifaqı”nda
gecəsi 20 marka çıxış etməyə də düzəldə bilmərəm.
– Buna çalışmısınız?
– Əlbəttə, – dedi. – Sizə görə bütün günü telefondan asıla
qalmışam. Bir şey çıxmadı. Dünyada heç kəs insanları mər‐
həmət diləyən təlxək kimi ruhdan sala bilməz. Bu, əlillər
arabasında gəzən şikəst xidmətçinin müştəriyə pivə gətirməsi
kimi bir şeydir. Siz xəyallara qapılırsınız.
– Bəs siz? – soruşdum. Dinmədi. Məni yarım ildən sonra
təzədən səhnəyə qaytara biləcəyinizi nəzərdə tuturam.
– Bəlkə də, elədir, – dedi, – ancaq başqa əlacımız yoxdur.
Əlbəttə, bir il gözləyə bilsək, daha yaxşı olardı.
– Bir il! Bilirsiniz, bir il nə qədər çəkir?
– Üç yüz altmış beş gün, – deyib dəstəyi təzədən ağzına
yaxınlaşdırdı, iyrənc pivə iyi üzümə vurdu.
– Bəlkə, başqa adla çıxış edim? Özümə təzə burun
düzəltdirim, təzə nömrələr göstərim?! Məsələn, gitara ilə
çalıb‐oxuyum, bir az da janqlyorluq eləyim...