Page 253 - heynrix
P. 253
İ ROMAN

onu bir tərəfə qoyub, neyləsin, yəqin, onda qayğısı çox imiş... BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Əlbəttə, əgər qayğısı olubsa... O vaxtdan yarım əsr keçsə də,
Şnirlər ailəsinin “az qala, kübar olması” əhvalatını hər yerdə 253
həmişə danışırlar. Atam deyir ki, “dekret əlahəzrətin
qovluğundan tapılıb”. Çox təəccüblüdür ki, heç kəs Dorna
gedib həmin sənədi imzalatdırmayıb. Mən olsaydım, ora bir
çapar göndərərdim, sənəd də onların istədiyi kimi imzalanardı.

O vaxt Mariyanın çamadanlarımızı necə boşaltdığını
xatırladım. Mən o dəqiqə vannaya girirəm, o, güzgünün
qabağında dayanıb əlcəklərini çıxarır, saçlarına sığal çəkir,
çəngəlləri bir‐bir çıxarıb paltarları onlara keçirir, sonra hamısını
dolaba düzür. İçəridəki bürünc tutalğacın cırıltısı eşidilir. Sonra
növbə ayaqqabılara çatır. Onların döşəməyə dəyən daban‐
larının şıqqıltısı, pəncələrinin şappıltısı eşidilir. Lap axırda isə
özünün kremlərini, laklarını, boya qablarını bədənnüma
güzgünün qabağındakı şüşə lövhənin üstünə düzür. İri krem
qabını, nazik lak şüşəsini, pudranı, dodaq boyasını qoyanda
metal cingiltisi eşidilir...

Qəflətən hiss etdim ki, elə vannadaca ağlamağa başla‐
mışam. Həmin anda da fizika elmində böyük bir kəşf elədim:
göz yaşlarım buz kimi soyuq idi. İndiyəcən elə bilirdim ki, isti
olur. Ötən aylar ərzində bir neçə dəfə bərk sərxoş olanda isti
göz yaşları ilə ağlamışdım. Sonra Henrietteni, atamı, katolik
olmuş Leonu xatırladım, eyni zamanda da bərk təəccübləndim
ki, nə üçün o, mənə zəng vurmadı...

XII
Osnabrükdə ilk dəfə dilinə gətirdi ki, Bonna getmək
istəmədiyim üçün məndən qorxur. Özü isə “katolik havası” ilə
nəfəs almaq üçün mütləq getmək istəyirdi. Bu sözlər xoşuma
gəlmədi və dedim ki, Osnabrükdə də katolik çoxdur. Cavab
verdi ki, onu başa düşmürəm, düşmək də istəmirəm. İki gün
idi ki, Osnabrükdəydik. Növbəti tamaşaya hələ üç gün vardı.
Səhər tezdən yağış yağmağa başlamışdı və şəhərdə də xoşuma
gələn film göstərilmirdi. Hələ riç‐raç oynamağı da təklif
   248   249   250   251   252   253   254   255   256   257   258