Page 258 - heynrix
P. 258
HAYNRİX BÖLL

eşidəndə mənim iyirmi dörd yaşım vardı, Mariya da üç il idi
ki, arvadım idi. O, çox şeydən xəbərsiz olduğumu hiss
eləyəndə güldü. Sonra başımı sinəsinə sıxıb bir neçə dəfə
təkrar elədi:

– Sən yaxşı adamsan. Doğrudan, yaxşı adamsan.
Mənə bu barədə danışan ikinci adam məktəb dostum
Karl Emond oldu. Onun da bütün iş‐gücü qadının “uşağa qal‐
maq ehtimalı” olan günlərin cədvəlini tutmaq idi...
Sonra aptekə gedib Mariya üçün yuxu dərmanı aldım,
gözünə yuxu gedənə qədər yanında oturdum. İndiyə qədər də
ona həmin gün nə olduğunu, “qadına aid olan iş”in hansı
fəsadlar törətdiyini bilmirəm. Səhəri gün şəhər kitabxanasına
gedib soraq kitablarında bu barədə yazılanların hamısını oxu‐
dum və bir az yüngülləşdim. Günortaya yaxın Mariya Bonna
yola düşdü. Tək getdi, özü ilə yalnız əl çantasını götürdü.
Məndən gedib‐getmədiyimi soruşmadı, çıxanda da dedi:
– Birisi gün Frankfurtda görüşərik.
258 Günortadan sonra əxlaq, adət‐ənənə məsələlərinə baxan
polis nəfəri gəldi, mən də çox sevindim ki, nə yaxşı, Mariya
yanımda yoxdur, halbuki onun getməsi məni çox pis vəziy‐
yətdə qoydu. Bildim ki, bizi mehmanxana sahibi şeytanlayıb.
Əlbəttə, Mariyanı həmişə arvadım kimi qeyd elətdirirdim,
amma indiyəcən iki‐üç dəfə ilişmişdik. Osnabrükdə isə
vəziyyət lap ağırlaşdı. Mülki paltarda bir kişi ilə bir qadın
gəlmişdi. Çox nəzakətli idilər. Güman ki, “yaxşı təsir bağış‐
lamaq” üçün bu “nəzakət”i onlara uzun zaman məşq elət‐
dirmişdilər. Polis işçilərinin bəzi nəzakət qaydalarından lap
zəhləm gedirdi. Qadın qəşəng idi, zövqlə boyalanmışdı və
yalnız mən təklif edəndən sonra oturdu, hətta siqaret də
yandırdı. Həmin anda həmkarı “gözucu” otağa göz gəzdirdi.
– Frölayn Derkum yoxdur?
– Xeyr, – dedim, – çıxıb gedib. Birisi gün Frankfurtda
görüşəcəyik.
– Artistsiniz?
– Bəli.
   253   254   255   256   257   258   259   260   261   262   263