Page 260 - heynrix
P. 260
HAYNRİX BÖLL

– Hans, Allaha şükür ki, zəng vurdun, yaman narahat
idim.

– Narahat idin?
– Hə. Osnabrükə zəng vurmuşdum. Dedilər ki, gedibsən.
Bu saat Frankfurta gəlirəm. İndi yola düşürəm.
Vanna qəbul etdim, otağa səhər yeməyi gətirtdim. Sonra
yatdım və Mariya gündüz saat on birdə gəlib məni oyatdı. O
sanki dəyişmiş, gözəlləşmiş, kefi də açılmışdı. Soruşdum:
“Doyunca nəfəs aldınmı?” Mariya gülərək məni öpdü. Polis
barədə ona heç nə demədim.

XIII
Vannanın suyunu ikinci dəfə təzələmək istədim. Ancaq
əmələ gələsi deyildi. Hiss etdim ki, çıxmaq vaxtıdır. Çimməyin
dizimə xeyri olmamışdı. Əksinə, yara daha da şişib dağa
dönmüşdü. Vannadan çıxanda ayağım sürüşdü, az qaldı, bu
gözəl kaşıların üstünə yıxılam. Həmin dəqiqə Tsonererə zəng
260 eləyib demək istədim ki, məni akrobat truppalarından birinə
düzəltsin. Qurulandım, siqaret yandırdım, güzgüdə özümə
baxdım – arıqlamışdım. Telefon zəng çalanda bircə anlığa
mənə elə gəldi ki, Mariyadır. Ancaq onun zəngi deyildi. Yəqin
ki, Leo idi. Qonaq otağına keçdim, dəstəyi götürüb dedim:
– Eşidirəm.
– Oho, – Zommervildin səsi eşidildi, – çox güman ki,
göydə iki dəfə mayallaq vurmağınıza mane olmadım.
– Mən akrobat deyiləm, – hirslə cavab verdim. – Təlxə‐
yəm. Bunların fərqi var. Bu fərq də, ən azı, yezuitlərlə domini‐
kanlar arasındakı fərq qədər böyükdür. Əgər söhbət nəyisə iki
dəfə eləməkdən gedirsə, deməli, kimisə iki dəfə öldürürlər.
O güldü.
– Şnir, Şnir, – dedi, – həqiqətən, sizin barənizdə ciddi
narahatçılıq keçirirəm. Doğrudanmı, hamımıza telefonla
müharibə elan eləmək üçün Bonna qayıtmısınız?
– Kim kimə zəng vurub? – dedim. – Mən sizə, yoxsa siz
mənə?
   255   256   257   258   259   260   261   262   263   264   265