Page 256 - heynrix
P. 256
HAYNRİX BÖLL
aldatmışdı. Həmin gündən bütün berlinlilərə – istər kişi olsun,
istər qadın – düşməni kimi baxırdı. Bir dəfə berlinli aktrisa çıxış
edəndə qəflətən işığı söndürdü, qız da yıxılıb qıçını sındırdı.
Ona heç kəs heç nə sübut eləyə bilmədi, günah da “qısaqa‐
panma”nın boynunda qaldı. Ancaq mən dəqiq bilirdim ki, özü
qəsdən söndürüb, çünki qız Berlindən idi. İndi Osnabrük
vağzalındakı nəzarətçi mənə elə qanlı‐qanlı baxdı ki, özümü
itirdim.
– Bu xanımla mərc gəlmişik, – dedim. – Mərcə görə
soruşdum.
Bu sözlər qəlp səsləndi, çünki yalan danışmağı bacar‐
mırdım, o dəqiqə üz‐gözümdən bilinirdi.
– Belə de... Reynlilərin necə mərc gəldiklərindən xəbərim
var...
Beləsi ilə danışmağa dəyməzdi. Az qaldı, taksi tutam,
Bomteyə gedib vağzalda oğlanı gözləyəm. Ancaq o, Bomteyə
çatmamış kiçik stansiyaların birində də düşə bilərdi.
256 Mehmanxanaya qayıdanda sümüyümüzə qədər islanmış‐
dıq, özümüz də əməlli‐başlı üşüyürdük. Mariyanı dartıb birinci
mərtəbədəki meyxanaya saldım, piştaxtaya yaxınlaşdıq. Çiy‐
nini qucaqlayıb konyak sifariş verdim. Satıcı – eyni zamanda
da mehmanxananın sahibi – bizə elə baxdı ki, sanki polis
çağıracaqdı. Bir gün əvvəl saatlarla riç‐raç oynamışdıq, nöm‐
rəyə gətirmək üçün donuz budu, çay sifariş vermişdik; səhər‐
səhər Mariya xəstəxanaya getmiş, sonra da rəngi‐ruhu qaçmış
halda geri qayıtmışdı. O, dolu qədəhləri bizə tərəf necə
itələdisə, konyakın yarısı piştaxtanın üzərinə dağıldı və açıqca
hiss elətdirdi ki, biz tərəfə baxmaq istəmir.
– Mənə inanmırsan? – Mariyadan soruşdum. – Oğlan
əhvalatını deyirəm.
– Niyə?! İnanıram.
Əslində, mənə inandığı üçün deyil, yazığı gəldiyi üçün
belə deyirdi. Əməlli‐başlı hirsləndim, çünki konyakı dağıdan
satıcının payını verməyə cəsarətim çatmadı. Böyrümüzdə kök
bir oğlan dayanıb ağzını marçıldada‐marçıldada pivə içirdi. Hər