Page 261 - heynrix
P. 261
İ ROMAN
– Ah... Doğrudanmı, bunun elə böyük mənası var? BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Cavab vermədim.
– Yaxşı bilirəm ki, məndən xoşunuz gəlmir, – o, sözünə 261
davam etdi, – ancaq təəccüblənməyin, mənim sizdən xoşum
gəlir. Özünüz də etiraf etməlisiniz ki, inandığım bəzi prinsipləri
həyata keçirməyə haqqım çatır.
– Lazım olanda da zor gücünə! – dedim.
– Xeyr! – Onun səsi çox aydın idi. – Xeyr, zorla keçirmirəm.
Ancaq ərkim çatan bəzi şəxslərə təkid edirəm.
– Nə üçün Mariya deyil, bəzi şəxs deyirsiniz?
– Çünki mənim borcum imkan daxilində bu məsələyə
obyektiv yanaşmaqdır.
– Çox böyük səhv edirsiniz, prelat, – dedim, – burada
lazım olan qədər subyektivlik var.
Hamam xalatında üşüyürdüm. Siqaretim nəm çəkdiyi
üçün yaxşı yanmırdı.
– Əgər Mariya geri qayıtmasa, təkcə sizi deyil, Tsüpfneri
də öldürəcəm, – dedim.
O hirsləndi:
– Allah xatirinə, Heribertdən əl çəkin.
– Yaman zarafatcılsınız, – dedim, – kimsə arvadımı
əlimdən alır, mən də məhz ondan əl çəkməliyəm.
– O, “kimsə” deyil. Frölayn Derkum da sizin arvadınız
olmayıb. O da arvadınızı əlinizdən almayıb, Mariya özü gedib.
– Tamamilə könüllü gedib, eləmi?
– Bəli, – dedi. – Ola bilsin ki, təbiiliklə fövqəltəbiilik
arasında tərəddüd edib. Ancaq buna baxmayaraq, tamamilə
könüllü gedib.
– Belə de... Buradakı fövqəltəbiiliyi göstərə bilərsiniz?
– Şnir! – O əsəbiləşdi. – Bütün bunlara baxmayaraq, mən
sizi yaxşı təlxək hesab edirəm. Amma ilahiyyatdan başınız
çıxmır.
– Ancaq, hər halda, siz katoliklərin dinsiz bir adama,
yəhudilərin xristianlara, xristianların da bütpərəstlərə qarşı
göstərdiyi amansızlığı başa düşürəm. “Qanun”, “ilahiyyat” kimi