Page 265 - heynrix
P. 265
İ ROMAN
– Bonnda. Mariya ilə bir sinifdə oxuyan qızlara. Buraxılış BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
gecəsi xüsusi olaraq Kölndən gəlib, onlara bir neçə nömrə
göstərdim, sonra bakirə Məryəm haqqında söhbət elədik. 265
İnanmırsınızsa, Monika Zilvesdən soruşun, prelat. Əlbəttə,
qızlarla sizin “cismani tələbat” adlandırdığınız məsələdən
danışa bilməzdim! Eşidirsiniz?
– Bəli, eşidirəm, həm də təəccüblənirəm. Siz getdikcə
ədəbsizlik eləməyə başlayırsınız, Şnir.
– Lənət şeytana, prelat, uşaq əkmək üçün gördüyünüz iş
də ədəbsizliyin ən böyüyüdür. Əgər xoşunuza gəlirsə, “uşaqları
dünyaya gətirən ağ leylək” barədə də danışa bilərik. Bu
ədəbsiz iş barədə deyilən sözlər də, oxunan dualar da, yazılan
kitablar da riyakarlıqdır. Siz bu işi qəlbinizin dərinliklərində
təbiətin qanununa qarşı nikahın qanuniləşdirdiyi vəhşilik
hesab eləyirsiniz və ya özünüzü aldadaraq cismani məhəbbəti
həmin işlə bilavasitə bağlı olan başqa hislərdən ayırırsınız.
Ancaq, əslində, həmin işlə bağlı olan başqa hislər daha
mürəkkəbdir. Qanuni ərindən zəhləsi gedən arvad da kişiyə
yalnız cismən lazım deyil. Hətta ən alçaq içki düşkünü də
fahişə yanına gedəndə onları yalnız “cismani məhəbbət”
birləşdirmir. Siz bu məsələyə Yeni il gecəsində atılan fişəng
kimi baxırsınız, ancaq o, əslində, dinamitdir.
– Şnir, – onun boğuq səsi eşidildi, – sizin dediyiniz məsələ
barədə bu qədər fikirləşməyiniz məni heyrətləndirdi.
– Heyrətə bax! – mən də səsimi ucaltdım. – Öz arvadına
şəxsi mülkiyyəti kimi baxan dardüşüncəli heyvanlara heyrət‐
lənsəydiniz, daha yaxşı olardı. O vaxt bu barədə qızlara nə
dediyimi Monika Zilvesdən soruşun. Özümün kişi cinsindən
olduğumu bilən gündən bəri ən çox bu haqda düşünmüşəm.
Bu da sizi heyrətləndirdi?
– Sizin hüquq və qanun haqqında adi təsəvvürünüz belə
yoxdur. Bu hislər nə qədər mürəkkəb olsa da, onları qanun
çərçivəsinə salmaq lazımdır.
– Elədir, – dedim, – sizin qayda‐qanunlardan mənə də bir
az pay düşdü. Siz insan təbiətini elə bir yola çəkirsiniz ki, adını
xəyanət qoya biləsiniz. Təbii nikahla qarşılaşanda isə canınıza