Page 268 - heynrix
P. 268
HAYNRİX BÖLL

cəhəti ilə də. Az‐çox ziyalı hesab etdikləri adamların hamısın‐
dan tələb edirlər ki, tezliklə katolikliyi qəbul etsinlər. Bəlkə də,
Mariya Romaya ona görə getmədi ki, günah iş tutaraq
mənimlə yaşadığı üçün orada daha çox utanardı. Bəzi
məsələlərdə sadəlövh idi, çox da savadlı deyildi. Tsüpfnerlə
Romaya getməsi alçaqlıq idi. Yəqin ki, orada qəbul mərasi‐
mində olacaqdılar, zavallı Papa da Mariyaya “qızım”, Tsüpfnerə
“mənim ağıllı oğlum” deyə müraciət edəcəkdi. Ancaq
bilməyəcəkdi ki, qarşısında diz çökənlərin ikisi də əxlaqsızdır,
xəyanətkardır. Bəlkə, Tsüpfnerlə ona görə Romaya getmişdi ki,
məni xatırlamasın. Mənimlə Neapolda, Venesiyada, Floren‐
siyada, Parisdə, Londonda, Almaniyanın müxtəlif şəhərlərində
olmuşdu. Romada isə mənimlə bağlı heç bir xatirəsi
olmayacaqdı və “katolik havası” ilə doyunca nəfəs alacaqdı.
Qərara aldım ki, Zommervildə təzədən zəng vurub deyəm ki,
bayaq mənim monoqamlığıma lağ elədiyi üçün ona əməlli‐
başlı yazığım gəlir. Ziyalı katoliklərin, demək olar ki, hamısında
268 bu alçaq xüsusiyyət var: dini doqmalar arxasında gizlənir, hər
yerdə onlardan yaratdıqları prinsiplər barədə ağızdolusu
danışırlar. Ancaq elə ki onları bəzi “təkzibolunmaz” həqiqət‐
lərlə üzləşdirirsən, o dəqiqə gülümsəyib “insan təbiəti”nə əl
atırlar. Çarəsiz qalanda isə istehzalı bir təbəssümlə gülüm‐
səyirlər, sanki bir az qabaq Papanın yanında olub, ondan “səhv
eləməmək” dərsi alıblar. Hər halda, kimsə onların soyuq‐
qanlılıqla bəyan etdikləri böyük həqiqətləri ciddi qəbul
etməyə başlayanda onun adını ya “protestant” qoyurlar, ya
da “yumor hissindən xali adam”. Beləliklə, nikah barədə ciddi
söhbətə başlayanda o dəqiqə VIII Henrini ortaya atırlar. Artıq
üç yüz ildir ki, bu silahdan istifadə edir, bununla da, öz
dinlərinin necə sərt olduğunu göstərmək istəyirlər. Onun həm
də yumşaq, genişqəlbli olduğunu bəyan etmək istəyəndəsə
Bezevitsin sərgüzəştlərinə keçir, keşişlər haqqında lətifə
söyləyirlər. Ancaq bunların da “sağ”a, “sol”a meylindən asılı
olmayaraq, “savadlı və ziyalı” hesab elədikləri “müqəd‐
dəslər”ə danışırdılar. Bir dəfə Zommervildə deyəndə ki, moizə
   263   264   265   266   267   268   269   270   271   272   273