Page 272 - heynrix
P. 272
HAYNRİX BÖLL
vurandan sonra deyirlər: “On ikiyə çatmağa on bircə uşaq
qalıb!”
Şəhərdə söz gəzir ki, sən yenə kinoya gedibsən. Belə
gözəl, günəşli gündə kinoya gedibsən. Yenə də kino, kino...
Bütün gecəni dərnəkdə keçirən Blothertin evində “ka...
ka... ka...” kəlmələrindən başqa heç nə eşitmirsən. Bu dəfə
“kansler” deyil, “katalon” demək istəyirdi. Bu söz sənə yad
olduğu üçün qulağını qıdıqlayır. Sanki onun içində nəsə
diyirlənir, sanki oradan çiban çıxır. Blothertin adamlarda “kata‐
lon”un olub‐olmadığını müəyyənləşdirən Qayqer sayğacı var.
Bu kişidə var... Bu kişidə yoxdur... Bu qadında var... Bu qadında
yoxdur... Elə bil çobanyastığının ləçəklərini bir‐bir qoparıb
deyirsən: “Sevir, sevmir, sevir, sevmir... Sevir”. Futbol klubları
da, bir partiyadan olan dostları da, hökumət də, müxalifət də
“katalon” imtahanına çəkilir. Onu irqi əlamət kimi axtarır,
ancaq tapa bilmirlər. Burnu skandinaviyalının burnudur, ağzı
isə Qall tayfalarının ağzına oxşayır. Yalnız bircə nəfərdə var bu!
272 Matahı çıxmış “katalon” Blothertdə! Onun gözünə görünmə,
Mariya! Təzədən ehtirasa gəlib altıncı ehkamın mənasını
cavan seminarist kimi təsəvvür edir və bəzi günahlar haqqında
yalnız latınca danışır. İn sexto, de sexto. Bunlar da lap “seks”
kimi səslənir! Hələ onun əziz balaları! Böyüyü Herbertin on
səkkiz, Marqretinsə on yeddi yaşı var və onlar görüb‐götürmək
üçün yaşlıların söhbətinə bir az qulaq asa bilərlər. “Katalon”,
“vətəndaşları ayrı‐ayrı silklərə mənsub olan dövlət”, “ölüm
cəzası” haqqında gedən söhbətlərə! O söhbətlərə ki, Blothert
eşidəndə gözlərində qəribə bir qığılcım parıldayır, cır səsi aləmi
başına götürür, sevincdən doğan göz yaşları bir‐birinə qarışır.
Sən çox əbəs yerə Fredeboylun üfunət qoxusu verən “solçu
arsızlığı”nda təsəlli tapmaq istədin, Mariya! Çox əbəs yerə də
Blothertin üfunət qoxusu verən “sağ təmayüllü arsızlığı”na
hirslənəcəksən! Dünyada gözəl bir söz var: Heçlik! Heç nə
barədə düşünmə! Nə kansler, nə də katalon barədə! İndi
yalnız vannada uzanıb ağlayan, başmaqlarına qəhvə töküb
içən təlxəyi düşün!