Page 271 - heynrix
P. 271
İ ROMAN

palçıq onun günortadan sonra Ayfelə getdiyindən, “Gənclər BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
İttifaqı”nda mühazirə oxuduğundan xəbər verir (“Birgə olmaq,
birgə mübarizə aparmaq, birgə iztirab çəkmək!”). 271

Başını qaldırıb yuxarı baxır. Uşaq otağı da qaranlıqdır.
Maşın yollarının, enli gül ləklərinin bir‐birindən ayırdığı qonşu
evlər... Televizor ekranlarının solğun işıqları... Belə bir vaxtda
kişinin – uşaqların atasının evə qayıtması heç kəsin ürəyincə
olmur. Eləcə də avara oğulun qayıtması... Onların gəlişi
münasibətilə dana kəsən, toyuq boğazı üzən olmayacaq.
Deyəcəklər ki, soyuducuda qaraciyər paştetindən bir az qalıb...

Bazar günləri günortadan sonra badminton şarları hasar‐
dan aşıb o biri həyətə düşəndə, balaca pişiklər, küçüklər evdən
qaçıb qonşuya girəndə, onları: “Ah, nə gözəl pişikdir! Ah, nə
gözəl küçükdür!” – deyə alaqapılardan, ya hasardakı deşik‐
lərdən geri verəndə “qardaşlaşma” başlayır. Səslərində
əsəbilik hiss olunmur, heç kəsin adı çəkilmir. Səslərin ahəngi
çox təsadüfi hallarda pozulur, qonşu evlərin sakit səmasını
diksindirir. Özü də heç nədən. Boş şeylərdən... Kiminsə
nəlbəkisi cingilti ilə sınanda, top gül kollarının arasına
düşəndə, uşaqlardan hansısa yerdən bir çınqıl götürüb maşına
atanda, yenicə yuyulub‐ütülənmiş paltara kiminsə borusun‐
dan su düşəndə səslər bir az ucalır. Ancaq yalana, xəyanətə,
uşaq xaric elətdirməyə görə çox səs ucaltmaq olmaz.

– Ah, sadəcə olaraq, əsəblərin korlanıb, dərman at.
– Heç nə atma, Mariya.
Evin qapısını açır. Sakitlikdir, istidir. Balaca Mariya
yuxarıdakı otaqda yatır. Nə tez oldu bunlar? Bonnda toy
elədiniz, Romaya toy səfərinə çıxdınız, sonra hamilə oldun,
xəstəxanaya getdin və nəhayət, qıvrım, şabalıdı saçlı bir qız
dünyaya gəldi! Yadındadırmı, o, evini bizə göstərəndə şövqlə
dedi:
– Bura on iki uşağa çatar.
İndi hər gün səhər çörəyini yeyəndə mənalı‐mənalı
üzünə baxır, sanki: “Hə, necədir?” – demək istəyir. Onun “Ka‐
tolik ittifaqı”ndan, XDİ‐dən olan dostları da üç qədəh konyak
   266   267   268   269   270   271   272   273   274   275   276